London klubunda yeni müqavilə

26.10.2023 23:51 198
Dünya futbolu
“Fulhem” rəhbərliyi baş məşqçi Marko Silva ilə müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubunun rəsmi saytının məlumatında portuqaliyalı mütəxəssisin sözləşməsinin müddətinin 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulduğu bildirilib. Rəhbərlik komandanı 2021-ci ildən çalışdıran məşqçinin fəaliyyətindən razıdı.

Qeyd edək ki, London klubu bu mövsüm premyer-liqada 9 turdan sonra 11 xalla turnir cədvəlində 13-cü yeri tutur.