Misli premyer-liqasının 34-cü turunda “Qəbələ” “Sabah”ı 2:0 hesabıyla məğlub edib.
“Football-plus.az” xəbər verir ki, matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadzenin mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:
“Təbii ki, pozitivəm. Şadam ki, qalib gəldik. Ardıcıl iki oyundu qazanırıq. Futbolçular anlamalıdır ki, premyer-liqanı tərk etsək belə, peşəkar qalmalıyıq. Oyunçular hər zaman maksimumunu verməlidi. Biz də onlara nümunə olmağa çalışırıq. Özümüz də səhərdən axşama işləyirik.Onlar da bunu gördü. Sabah necə olacağını bilmirəm, amma onlar hər zaman belə qalmalıdı. Öz markalarını saxlamalıdılar. Futbolçulara bunu demişdik və onlar da bunu etdi. "Qəbələ" həm böyük klubdu, həm də gənc yaxşı futbolçulara şans verir. Onlar da özlərini yaxşı tərəfdən göstərirlər. Bizim sağ cinah müdafiəçimiz olan Eşqin Əhmədovu indiyə qədər kimsə tanıyırdı? O, oyunun ən yaxşısı idi. Özünəinamlı və matça yanaşması ilə əla idi. Mərkəz müdafiəçimiz İbrahim Ramazanov da ikinci oyundu ki, meydandadı. Bütün bunlar pozitiv məqamlardır. Özlərini göstərməyə çalışırlar. Oyuna gəldikdə, qırmızı vərəqəyə qədər də, diqtə edən tərəf biz idik. Müdafiədə etibarlı və diqqətli oynadıq. Epizodlarımızdan da istifadə edib qalib gəldik. Bir neçə qol epizodumuz var idi. Əsas odur ki, qalib gəldik. Neqativ odu ki, komanda artıq premyer-liqadan düşüb. Necə olacağını sabah görəcəyik. Əsas odu ki, biz işimizi yerinə yetirək. Biz bura gəlmişiksə, özü də xarici kimi gəlmişiksə, sona qədər peşəkar kimi çalışacağımızı maksimum göstərməliyik. Sabah necə olacağını Allah bilir. Təki, hər şey yaxşı olsun".
- Yerli futbolçulara şans verməkdə gecikmədiz?- Bizim özümüzdə də bu cür suallar var. Amma biz neçə vaxtdı ki, buradayıq? Hər şeyə zaman lazımdı. Gənc oyunçuları görmək, ikinci komandamızın oyunlarına getməyimiz üçün vaxt lazım idi. "Qəbələ-2"nin oyunlarına getdik və gənc futbolçuları oradan əsas komandaya cəlb etdik. Psixoloji anlar da var. Amma əmin olun ki, özüm-özümə də bu sualları verirəm.
- Sonuncu əvəzetmələr zamanı İlkin Qırtımov əsəbiləşdi, final fitini gözləmədən paltardəyişmmə otağına yollandı. Nə baş vermişdi? Bu haqda xəbəriniz var?- Hər kəsin öz vəzifəsi var. Hamı da öz vəzifəsinin öhdəsindən gəlməlidi. İlkinə oynamaq şansı verdik, oynadı, daha sonra zədələndi. Mən baş məşçqiyəm. Fikrimcə, onun mövqeyində oynayan sağ cinah müdafiəçi və sağ cinah mərkəz müdafiəçisi bugünkü gündə ən güclüdü. Təbii ki, hər futbolçu oynamadığı üçün əsəbi olmalıdı. İlkin də təcrübəli futbolçudu. O, özünü saxlaya bilmirsə, azaddı. Mən tərəfdən problem yoxdu. O, özünü saxlaya bilmirsə, mənim yox, özünün problemidi. Bu cür anları çoxdan keçmişəm. 10-15 il əvvəl bu cür epizodlara reaksiya verirdimsə, çoxdandı ki, reaksiya vermirəm.
- Qələbə qazanmağınızda psixoloji gərginliyin olmamasının köməyi var?- Kimsə belə düşünürsə, mənim üçün problem deyil. Futbolçu meydana çıxırsa, ola bilməz ki, stressiz olsun. Futbolçular daim peşəkar kimi qalmalıdı. Çox oyunda bizim sadəcə bəxtimiz gətirmədi. "Neftçi" qapımıza bir zərbə vurdu, qalib gəldi. "Səbail"lə görüşdə 2:0 qalib gəlirik, sonda uduzuruq. Bəhanə gətirmirəm, sadəcə faktı deyirəm.