• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

A seriyasında ikihakimiyyətlilik

Dünya futbolu

9-05-2024, 20:0

Braziliya çempionatının 5-ci turunda nəzərdə tutulan on oyundan üçü daşqın və sel səbəbindən qeyri-müəyyən müddətə təxirə salındı.

“Football-plus.az” xəbər verir ki, əvvəlki turda vahid lider müəyyənləşmişdi, amma A seriyasında keçirilən son 7 matçdan sonra yenidən ikihakimiyyətlilik yarandı.

Əvvəlki turun “Flamenqo” ilə derbi oyununda 2:0 hesabı ilə qalib gələrək vahid liderə çevrilən “Botafoqo” qələbə seriyasını 4-ə çatdıra bilmədi. Portuqaliyalı Artur Jorjenin komandası öz meydanında “Bayya”dan xal almağı bacarmadı. Oyun ev sahiblərinin üstünlüyü şəraitində keçdi. Amma Rojerio Seninin çalışdırdığı qonaqların rio de janeyrolulardan çox da geri qalmadıqlarını da qeyd edək. Sadəcə, “Bayya” rəqibinə nisbətən daha effektli oyun sərgilədi. Fasilə ərəfəsində Everaldo penalti ilə hesabı açdı. Ev sahiblərinin buna cavabı ikinci hissənin əvvəlində Ceffinyonun zərbəsi ilə reallaşdı. Hesabın bərabərləşməsindən ruhlanan Artur Jorjenin komandası hücumları davam etdirməklə növbəti qələbəni düşünürdü. Lakin qapıçı Markos Felipenin bir neçə seyvi salvadorluların dadına çatdı. Amma onlar son dəqiqələrdə qazandığı fürsəti boşa vermədilər: Rafael Rataonun dəqiq zərbəsi “Bayya”nı 10 xalla 2-ci yerə çıxardı. “Botafoqo” isə zirvədən 3-cü yerə düşdü.

Tura hərəyə 8 xal toplamaqla 2-3-cü yerlərdə başlayan hər iki komanda rəqibi ilə “sülh”ə razılaşdı. Son mövsümün bürünc mükafatçısı “Atletiko Mineyro” çətin Rio de Janeyro səfərində “Fluminense”dən oyun planında üstün oldu. Lakin fərq ondadı ki, ev sahibləri real qol epizodlarından daha səmərəli şəkildə istifadə etdilər. Kano ilə Renato Auqustonun vurduğu iki qol artıq 61-ci dəqiqədə “Flu”nun əhəmiyyətli üstünlüyünü təmin etdi. Ancaq “Atletiko Mineyro” məğlubiyyətlə əsla barışmadı. Qabriel Militonun çalışdırdığı komanda Varqasın dublu ilə çətin səfərdə bir xal qazandı. 2 xal itkisi belu orizonteliləri 2-ci yerdən 4-ə saldı.

“Braqantino” hesabat turunda evdə oynasa da, rəqib heç də asan sayıla bilməzdi. Əvvəlki turda bu mövsüm ilk məğlubiyyətini alan “Flamenqo” oyun planında daha yaxşı göründü. Buna baxmayaraq, hesabı meydan sahibləri açdılar: müdafiəçi Pedro Enrike 30-cu dəqiqədə braqançalıları önə keçirdi. “Flamenqo” belə vəziyyətlə barışmadı. Titenin çalışdırdığı komandanın səyləri 79-cu dəqiqədə bəhrə verdi. Bruno Enrikenin cavab qolu ilə kifayətlənmək istəməyən rio de janeyroluların qələbə qazanmaq istəyinə qapıçı Kleytonun inamlı oyunu mane oldu. Beləliklə, hərəyə bir xal qazanan komandalaran “Braqantino” 5-ci yerə düşərkən, “Flamenqo” 8-ci pillədən 7-yə yüksəldi.

“Atletiko Paranaense” bir sıra komandaların xal itkisindən maksimum yararlandı. “Vasku da Qama”ya minimal hesabla qalib gələn kuritibalılar xalını 10-a çatdırmaqla topların daha yaxşı fərqinə əsasən 1-ci yerə çıxdı.
Nəhayət, son çempion uğursuz gedişə son qoydu. Zarafat deyil, “Palmeyras”ın qələbəsiz oyunlar seriyası 3-ə bərabər idi. Abel Ferreyranın komandası ilk 4 oyunda 5 xal qazanmış və yalnız bir qol vura bilmişdi. “Yaşıllar”ın belə göstəricilərin fonunda tura 12-ci yerdə başlaması məntiqəuyğun sayılmalı idi. Ferreyranın komandasının bəxti onda gətirdi ki, A seriyasının autsayderinə qarşı oynadı. “Kuyaba” ilə səfər matçının nəticəsini Lazaro ilə Estevaonun vurduğu iki cavabsız qol müəyyən etdi. Beləliklə, “Palmeyras” ikinci qələbə ilə 6-cı yerə yüksəldi.
“San Paulu”nun yeni baş məşqçi ilə uğurlu çıxışı davam edir. Bu vəzifəyə apreldə təyinat alan Luis Subeldiyanın komandası səfərdə “Vitoriya”nı 3:1 hesabıyla məğlub etdi. Qeyd edək ki, ev sahibləri 7-ci dəqiqədə Vaqner Leonardonun birbaşa qırmızı vərəqə almasına görə uzun müddət on nəfərlə mübarizə aparmalı oldular. Say çoxluğundan maksimum yararlanan “San Paulu” 14-cü yerdən 8-ə yüksəldi. Xatırladaq ki, ölkə nəhəngi mövsümə ardıcıl iki məğlubiyyətlə başlamış və rəhbərlik Tyaqo Karpinini baş məşqçi vəzifəsindən istefaya göndərmişdi.

5-ci tur
Botafoqo RJ - Bayya 1:2
Ceffinyo, 53 - Everaldo, 45+3-p. Rafael Ratao, 86.
Fluminense - Atletiko Mineyro 2:2
Kano, 4. Renato Auqusto, 61 – Varqas, 73; 79.
Braqantino - Flamenqo 1:1
Pedro Enrike, 30 – Bruno Enrike, 79.
Atletiko Paranaense - Vasku da Qama 1:0
Erik, 26.
Kuyaba - Palmeyras 0:2
Lazaro, 45+1. Estevao, 71-p.
Korintians – Fortaleza 0:0
Vitoriya - San Paulu 1:3
Villian Oliveyra, 49 – Lusiano, 45; 53. Ferraresi, 84.
“Kruzeyro” – “İnternasyonal”, “Qremio” – “Krisiuma” və “Juventude” – “Atletiko Qoyaniense” oyunları təxirə salınıb.

1. Atletiko Paranaense 5 3 1 1 7-3 10
2. Bayya 5 3 1 1 8-6 10
3. Botafoqo RJ 5 3 0 2 11-6 9
4. Atletiko Mineyro 5 2 3 0 9-3 9
5. Braqantino 5 2 3 0 7-5 9
6. Palmeyras 5 2 2 1 3-1 8
7. Flamenqo 5 2 2 1 5-5 8
8. San Paulu 5 2 1 2 8-5 7
9. İnternasyonal 4 2 1 1 4-3 7
10. Kruzeyro 4 2 1 1 7-7 7
11. Qremio 4 2 0 2 4-3 6
12. Fortaleza 4 1 3 0 4-3 6
13. Krisiuma 3 1 2 0 6-5 5
14. Korintians 5 1 2 2 3-3 5
15. Juventude 4 1 2 1 5-7 5
16. Fluminense 5 1 2 2 7-10 5
17. Vasku da Qama 5 1 0 4 4-10 3
18. Vitoriya 4 0 1 3 4-9 1
19. Atletiko Qoyaniense 4 0 1 3 2-7 1
20. Kuyaba 4 0 0 4 0-10 0
Bombardirlər: Lusiano (San Paulu), Everaldo (Bayya), Varqas (Atletiko Mineyro) – 3.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-05-2023, 11:0

A seriyasında ikihakimiyyətlilik - TURUN ŞƏRHİ

Dünya futbolu

2-05-2024, 18:0

San Paulu derbisində qolsuz “sülh”

Dünya futbolu

4-05-2023, 19:0

A seriyasında sürpriz lider – TURUN ŞƏRHİ

Dünya futbolu

19-05-2023, 18:0

“Botafoqo” uduzsa da, liderliyi itirmədi - TURUN ŞƏRHİ

Dünya futbolu

20-07-2023, 20:0

“Botafoqo” izləyicisi ilə xal fərqini 12-yə çatdırdı

Dünya futbolu

12-05-2023, 18:0

“Botafoqo”dan ardıcıl 4-cü qələbə - TURUN ŞƏRHİ

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 217
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 203
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə