Geyim meneceri idi, ehtiyat qapıçı oldu!

13.09.2026 14:04 99
İdman
MHL klublarından “Karolina” geyim üzrə meneceri Jorje Alvesi komandanın təcili ehtiyat qapıçısı elan edib. 47 yaşlı amerikalı 2003/04 mövsümünün əvvəlindən “Karolina”da çalışır. Ötən il isə geyim üzrə baş menecer vəzifəsini tutub. “Karolina” ötən mövsüm Stenli kubokunu qazanandan sonra onun da adı kubokun üzərinə yazılıb.

Yeni kollektiv müqavilənin şərtinə görə, MHL-in hər komandası daimi təcili qapıçı saxlamalıdı, həmin şəxs ev və səfər oyunlarında klubun sərəncamında olmalıdı. O, məşqlərdə iştirak edə və əsas qapıçılardan biri zədələnəcəyi təqdirdə iştirak ərizəsinə salına bilər.

Alves artıq bir dəfə “Karolina”nın heyətində MHL oyununa çıxıb. O, 2016-cı il dekabrın 31-də - müntəzəm çempionatın “Tampa-Bey” ilə oyununun sonunda Kem Uordu əvəzləməklə 8 saniyə buz üzərində olub.