“Növbəti gedən mən olacam”

13.09.2026 17:10 0
İdman
“Hyuston”un forvardı Kevin Dürant peşəkar karyerasını bitirməsinin mümkünlüyü ilə bağlı söz-söhbəti şərh edib.

Daha doğrusu, o, həmkarımızın “ətrafında öz nəslindən olan oyunçuların azaldığını görəndə nə hiss edirsən” sualına belə cavab verib:

“Növbəti gedən mən olacam. Əlbəttə, bunu hiss edirəm. Basketbol gənclər üçün olan idman növüdü. Hələ də oynaya biləcəyimə əmin olsam da, daim eşidirəm: “sənin 38 yaşın var”, “sənin 39 yaşın var”, “sən artıq yaşlısan”. Odu ki, bu söz-söhbətləri anlayıram. Ancaq hər şeyimi bu idman növünə vermişəm, məni irəlidə nə gözlədiyini də bilirəm”.

Dürant ikiqat MBA çempionudu, iki dəfə final seriyasının ən dəyərli oyunçusu sayılıb, 2014-cü ildə isə müntəzəm çempionatın MVP-si kimi mükafat alıb.