Premyer-liqanın debütantı ''Hall Siti'' mövsümün əvvəlində futbol dünyasını təəccübləndirməkdə davam edir.
İlk 3 turda uduzmayan və qol buraxmayan ''pələnglər'' 4-cü turda ''Çelsi''nin qonağı oldular. Hər kəs bu oyunda London nəhənginin asanlıqla qalib gələcəyini düşünürdü. Amma ''Hall Siti'' ilk turlardakı uğurlu nəticələrinin təsadüfi olmadığını göstərdi.
Düzdü, komandanın qol buraxmamaq seriyası erkən qırıldı. Morqan Rocers artıq 7-ci dəqiqədə meydan sahiblərini önə keçirdi. Amma Acun Ilıcalının sahibi olduğu komanda özündə güc taparaq nəinki bərabərlik qolunu vurdu, hətta hesabda önə də keçdi. ''Çelsi''nin fasilədən sonra gücü yalnız bərabərlik qolunu vurmağa yetdi. Hətta Sergey Yakiroviçin komandasının 3-cü qolu vurmaq üçün daha ciddi fürsətləri oldu. Amma oyun 2:2-lik bərabərliklə yekunlaşdı.
Beləliklə, ''Hall Siti'' 4-cü həftəni də məğlubiyyətsiz tamamlayaraq xalını 8-ə yüksəltdi (2 qələbə, 2 heç-heçə). Maraqlıdı ki, ''sarı-qaralar'' bu 4 oyunun hər birində topa 35 faizdən daha az sahib olub. Növbəti turda ''Hall Siti'' ''Nyukasl''ın qonağı olacaq.
''Çelsi'' də ''Hall Siti'' ilə bacarmadı
Dünya futbolu






