“İnter” qolkiperlə bağlı qərarını verdi

14.07.2022 21:10 355
Dünya futbolu
“İnter”in qapısını növbəti mövsümdə də Samir Handanoviç qoruyacaq.

"Football-plus.az" xəbər verir ki, İtaliya klubu onunla müqavilənin müddətini uzadıb.

37 yaşlı sloveniyalı futbolçu milanlıların formasını daha bir il daşıyacaq. Handanoviç “İnter”də 2012-ci ildən çıxış edir. O, ötən mövsüm bütün yarışlarda meydana çıxdığı 50 oyunda 40 top buraxıb və 21 matçda qapısını toxunulmaz saxlayıb.