Rafael Leanonun fiziki durumundan tutmuş Viktor Osimhenin dönüş tarixinə qədər bir sıra mövzulara toxunan təcrübəli mütəxəssis bunları deyib:
''Leaonu ''İstanbul BŞ'' ilə qarşılaşmada 30 dəqiqə oynatdım. Hətta o qısa müddətdə də yoruldu. ''Sportinq'' ilə matçda da ikinci hissədə şans verdim. Amma indi fiziki cəhətdən tam hazır deyil. Zatən tam hazır olduqda əsas heyətdə oynadacam. Osimhenin gələn tur ''Trabzonspor''la oyuna yetişməsi ehtimalı var. Çox güman həmin oyunda iştirak ərizəsində olacaq. ''Sportinq''lə oyunda Yakobsu müdafiənin mərkəzində oynatmağım Luis Suaresin sürətli bir hücumçu olması ilə əlaqəli idi. Yakobs da cəlddi. Yaxşı performans sərgilədi. Kənarda bəzən çox aqressiv olduğumu bilirəm. Amma özümü tuta bilmirəm. Bəzən hisslərimə hakim ola və sakit qala bilmirəm''.






