Yarımfinalın cavab oyunu türkiyəli hakimə tapşırdı

7.05.2024 16:30 617
Dünya futbolu / Manşet / Konfrans Liqası
UEFA bu həftə baş tutacaq avrokubok oyunlarında türkiyəli hakimlər briqadasına da iş verib.

Söhbət Xəlil Umut Melerdən gedir. 37 yaşlı ədalət təmsilçisi sabah Konfrans Liqasının yarımfinalının cavab oyunu çərçivəsində baş tutacaq ''Brügge'' - ''Fiorentina'' matçına təyinat alıb. Melerin yan xətdə köməkçiləri Mustafa Əmrə Əyisoy və Kərəm Ərsoy olacaq. 4-cü hakim bosniyalı İrfan Pelto, VAR hakimi Marko Frits olacaq. Bu komandaların ötən həftə Florensiyada baş tutan oyununda meydan sahibləri 3:2 üstün olmuşdular.

Qeyd edək ki, Meler bu yay keçiriləcək Avropa Çempionatına dəvət alan 18 hakimdən biridi. Dekabrın əvvəllərində ''Ankaragücü''nün artıq sabiq prezidenti Faruk Koca tərəfindən döyülməsinə baxmayaraq Türkiyənin ən güclü hakimi hesab olunan Meler bu mövsüm superliqada 16, avrokuboklarda 6 qarşılaşmaya təyinat alıb. O, daha bir dəfə Səudiyyə Ərəbistanında oyun idarə edib.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul