Döyülən hakim ailəsinə qovuşdu

14.12.2023 23:30 187
Dünya futbolu
Superliqanın son turunda ''Ankaragücü'' - ''Çaykur Rizəspor'' matçının ardından ankaralıların prezidenti Faruk Koca və onun əlaltıları tərəfindən döyülən FİFA hakimi Xəlil Umut Meler ailəsinə qovuşub.

"Football-plus.az" xəbər verir ki, hadisənin ardından Ankaradakı ''Acıbadem'' xəstəxanasına yerləşdirilən və almacıq sümüyündə çat aşkarlanan Meler dünən evə buraxılıb. O, dərhal doğma şəhəri Izmirə yollanıb. İzmirin Səlçuk kəndində onu bələdiyyə sədri, eləcə də qohum-əqrabaları və hakim dostları gül çiçəklə qarşılayıblar. Jurnalistlərin önündə atası ilə qucaqlaşan və duyğusal anlar yaşayan 37 yaşlı ədalət təmsilçisi evinə yolladığı sırada qısa açıqlamalar verib. O, səhhəti və karyerasını bitirib-bitirməyəcəyi ilə bağlı suallara belə cavab verib: ''Səhhətimdə problem yoxdu. Durumum qaydasındadı. Zatən həkimlər də lazım olan açıqlamaları veriblər. Hamınıza təşəkkür edirəm. Evimə keçmək istəyirəm. Karyeramı bitirib-bitirməyəcəyimlə bağlı indi heç bir yenilik yoxdu. İndi istədiyim yeganə şey evimə keçməkdi''. Türkiyə mətbuatının yazdığına inansaq, Meler əvvəlcə karyerasını bitirmək istəsə də, dövlət səviyyəsində gördüyü böyük dəstəkdən sonra bu fikrindən vaz keçib. Onun təxminən 1 ay istirahət etdikdən sonra yenidən oyunlara təyinat alacağı gözlənilir.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul