Avropa Liqasında ən yaxşı oyunçu seçildi

4.05.2024 15:00 174
Avrokuboklar / Avropa Liqası
Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Bu nominasiyada “Bayer-04”ün yarımmüdafiəçisi Robert Andrix qalib gəlib. Bu barədə UEFA-nın saytı məlumat yayıb. Andrix yarımfinalın “Roma” ilə ilk oyununda komadanın 2:0 hesablı qələbəsində bir qol vurmaqla rol oynamışdı.

O, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda digər namizədləri – Florian Virts (Bayer-04), Şansel Mbemba (Marsel) və Canluka Skamakkanı (Atalanta) arxada qoyub.