Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu nominasiyada “Atalanta”nın hücumçusu Canluka Skamakka qalib gəlib. Bu barədə UEFA-nın saytı məlumat yayıb. Skamakka 1/4 finalın “Liverpul” ilə ilk oyununda komandasının 3:0 hesablı qələbəsində iki qol vurmaqla rol oynamışdı. O, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda digər namizədləri – Yonas Hofman (Bayer-04), Rafael Silva (Benfika) və Paulo Dibalanı (Roma) arxada qoyub.