Konfrans Liqasında həftənin birincisi oldu

20.04.2024 20:44 163
Dünya futbolu / Konfrans Liqası
Konfrans Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Bu nominasiyada “Brügge”nin hücumçusu Ferran Xutqla qalib gəlib. Bu barədə UEFA-nın saytı məlumat yayıb. Xutqla 1/4 finalın PAOK ilə cavab oyununda komandasının 2:0 hesablı qələbəsində iki qol vurmaqla rol oynamışdı. O, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda digər namizədləri – Metti Keş (Aston Villa), Konstantinos Tsolakis (Olimpiakos) və Kristiano Biraqini (Fiorentina) arxada qoyub.