''Fənərbaxça'' ''Beşiktaş''a qarşı səfər sindromuna son qoydu

10.12.2023 18:21 251
Dünya futbolu
Dünən Türkiyə çempionatının 15-ci turu çərçivəsində baş tutan İstanbul derbisi ''Fənərbaxça''nın hegemonluğu ilə keçdi.

"Football-plus.az" xəbər verir ki, ''Fənər'' səfərdə oynamasına baxmayaraq çox inamlı təsir bağışlayaraq ''Beşiktaş''ı 3:1 hesabı ilə məğlub etdi və zirvədəki yerini qorudu. ''Sarı-lacivərdlilər'' nəhayət, bu rəqibə qarşı səfər sindromuna son qoydular. Belə ki, ''Fənərbaxça'' ''Beşiktaş''ın 2016-da istifadəyə verilmiş yeni stadionunda 8-ci superliqa oyununda ilk qələbəsini qazandı. Buna qədər baş tutan 7 görüşdə meydan sahibləri 2 qələbə qazanmışdılarsa, 5 derbidə bərabərlik qeydə alınmışdı. Ümumiyyətlə, ''Fənər'' buna qədər Türkiyə çempionatında ''Qartal'' üzərində son səfər qələbəsini 2014-ün noyabrında əldə etmişdi (2:0). Maraqlıdı ki, həmin vaxt da komandanın başında məhz İsmayıl Kartal dayanmışdı. Bu mütəxəssis ''Fənər''in başında ''Beşiktaş''a qarşı keçirdiyi 4-cü superliqa oyununda da məğlubiyyət acısı yaşamadı (3 qələbə, 1 heç-heçə). Kartal Aykut Kocamandan (5) sonra klub tarixində ''Beşiktaş''a qarşı ən azı 3 qələbə qazanan 2-ci yerli mütəxəssis oldu.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul