• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bayer-04” Dortmundda da möcüzəvi şəkildə qurtuldu - TURUN İCMALI

Dünya futbolu

24-04-2024, 21:0

Turun açılış oyununda “Auqsburq” üzərində əzmkar qələbə qazanan “Ayntraxt” 4 turluq qələbəsiz seriyaya son qoydu.

“Football-plus.az” xəbər verir ki, “Köln” sonuncu pillədə qərarlaşan və çarəsiz görünən “Darmştadt”ı yenəcəyi təqdirdə elitada qalmaq üçün şanslarını davam etdirəcəkdi. Amma “Darmştadt” sanki “cəhənnəmə gedən özünə yoldaş axtarar” misalına uyğun hərəkət edərək 22 oyunluq qələbəsiz seriyaya son qoydu və “keçilər”i çox çətin duruma saldı. “Leyptsiq” “Haydenhaym”ı üstələməklə 4-cü pillədəki mövqeyini qorudu. Zisnhaymdakı dramatik qarşılaşmada heç-heçəni qoruya bilməyən “Münhenqladbax “Borussiya”sı son 4 turda 3-cü dəfə uduzdu. Çempionluğu əldən verməsinə baxmayaraq, Çempionlar Liqası uğrunda mübarizəni davam etdirən “Bavariya” üçün paytaxt səfəri gözlənilmədən asan keçdi. Münhen nəhəngi bu mövsüm ÇL-in qrupunda oynamış komandaya 61 dəqiqəyə 5 qol vurdu! Cərimə zərbəsindən fərqlənən Keyn oyunu 1 qol, 1 məhsuldar ötürmə ilə tamamladı. O, 33 qol həddinə 30-cu oyunda çatmaqla növbəti dəfə turnirin yeni rekordunu müəyyənləşdirdi. Statistikaya inansaq, Keyn həm də peşəkar karyerasının ən yaxşı mövsümünü keçirir. Belə ki, o cari mövsüm bütün turnirləri nəzərə almaqla artıq 51 qolun vurulmasında yaxından iştirak edib (40 qol, 11 məhsuldar ötürmə). 30 yaşlı forvard “Tottenhem”də 2020/21-də müəyyənləşdirdiyi şəxsi rekordunu (50) yenilədi.

“Ştutqart”a göz dəydi. Bu tura qədər “Bavariya” ilə eyni sayda xal toplayan şvabiyalılar Bremendə “ağ bayraq qaldırmalı” oldular. Halbuki “Verder” son 7 turda qələbəyə həsrət qalmışdı. Bununla da “Ştutqart”ın bundesliqada 11 oyunluq məğlubiyyətsiz seriyası qırıldı. Bu tur əsas diqqətlər Dortmunda yönəlmişdi. “Bayer-04” artıq çempionluğu rəsmiləşdirməsinə baxmayaraq, hələ də diqqət mərkəzindədi. Onların məğlubiyyətsiz seriyasının nə vaxt qırılacağı hamıya maraqlıdı. Xabi Alonsonun komandası yenə kiçik bir möcüzə reallaşdırdı. ÇL-ə vəsiqə uğrunda mübarizə aparan “Borussiya” 81-ci dəqiqədə Füllkruqun qolu ilə hesabda önə keçərkən düşünmək olardı ki, “Bayer-04” nağılı burda başa çatacaq. Amma əsas vaxta əlavə olunan 7-ci dəqiqədə künc zərbəsi zamanı hamıdan hündürə tullanan Stanişiç başla topu tora göndərdi. Leverkuzenlilər bu qola elə sevinirdilər ki, elə bil komanda çempionluğu ötən həftə yox, bu həftə rəsmiləşdirdi. Bu da əbəs deyil. “Bayer-04” 30-cu turu məğlubiyyətsiz başa vurmaqla bundesliqanın rekordunu, eləcə də ardıcıl 45-ci rəsmi oyunda uduzmamaqla (38 qələbə, 7 heç-heçə) “böyük beşliy”in tarixində özünə məxsus olan rekordu bir qədər də yaxşılaşdırdı! Bütün turnrirləri nəzərə alsaq, “Bayer-04” bu mövsüm 80-ci dəqiqələrdən sonra 26-cı (!!!) qolunu vurdu. Yeri gəlmişkən, bu komandaların ilk dövrədəki oyunu da eyni hesabla başa çatmışdı. Bu da o deməkdi ki, “Borussiya” bu mövsüm hələlik “Bayer-04”ə qarşı 2 oyun keçirənlər arasında uduzmayan yeganə komandadı.

30-cu tur
Union – Bavariya 1:5
Vertessen, 90 – Qoretska, 29. Keyn, 45+1. Müller, 53; 66. Tel, 61. (22012)
Bavariya: Ulrayx, Kimmix (Mazraui, 71), Dayer, Kim Min Çje (Upamekano, 59), Devis, Pavloviç, Qoretska (Laymer, 71), Tel, Müller (Zvonarek, 84), Çupo-Motinq (Saraqosa, 71), Keyn.
Borussiya D – Bayer-04 1:1
Füllkruq, 81 – Stanişiç, 90+7. (81365)
Borussiya D: Kobel, Ryuyerson, Hummels, Şlotterbek, Maatsen (Volf, 46), Zabitser, Əmrə Can (F.Nmeça, 70), Brandt (Salih Özcan, 83), Sanço (Roys, 70), Bayno-Gittens (Dyuranvil, 83), Füllkruq.
Bayer-04: Qradetski, Stanişiç, Ta, Tapsoba, İnkapye (Bonifeys, 83), Qrimaldo, Andrix, Caka, Frimponq, Tella (Virts, 70), Hofmann (Şik, 83).
Haydenhaym – Leyptsiq 1:2
Dovedan, 69 – Şeşko, 42. Openda, 85. (15000)
Leyptsiq: Qulaçi, Henrixs (Simakan, 71), Orban, Lukeba, Raum, Şlager, Aydara (Zayvald, 79), Olmo (Klostermann, 90+3), Simons (Elmas, 79), Openda, Şeşko (Baumqartner, 79).
Verder – Ştutqart 2:1
Dukş, 28-p.; 49 – Dəniz Undav, 71. (42100)
Ştutqart: Nübel, Levelinq (Katompa Mvumpa, 85), Stergiu (Ştensel, 46), Anton, İto, Mittelştadt, Ştiller (Çon Vu Yon, 90+8), Karazor, (Mahmud Dahud, 65), Miyo (Fürix, 46), Dəniz Undav, Girassi.
Ayntraxt F – Auqsburq 3:1
Çaibi, 55. Ekitike, 61. Marmuş, 90+1 – Varqas, 13. (57600)
Frayburq – Maynts-05 1:1
Qreqoritş, 6 – Burkardt, 40. (34300)
Hoffenhaym – Borussiya M 4:3
Veqhorst, 36. Prömel, 58. Ozan Kabak, 66. Ştax, 90+1 – Hak, 39; 78; 89. (26078)

Volfsburq – Bohum 1:0
Vind, 43. (26327)
Köln – Darmştadt 0:2
Klarer, 57. Vilhelmsson, 90. (50000)
1. Bayer-04 30 25 5 0 75-20 80
2. Bavariya 30 21 3 6 87-37 66
3. Ştutqart 30 20 3 7 68-36 63
4. Leyptsiq 30 18 5 7 69-34 59
5. Borussiya D 30 16 9 5 58-35 57
6. Ayntraxt F 30 11 12 7 46-40 45
7. Frayburq 30 11 7 12 42-53 40
8. Auqsburq 30 10 9 11 48-49 39
9. Hoffenhaym 30 11 6 13 53-60 39
10. Haydenhaym 30 8 10 12 43-52 34
11. Verder 30 9 7 14 38-50 34
12. Borussiya M 30 7 10 13 53-60 31
13. Volfsburq 30 8 7 15 35-50 31
14. Union 30 8 5 17 26-50 29
15. Maynts-05 30 5 12 13 31-48 27
16. Bohum 30 5 12 13 34-60 27
17. Köln 30 4 10 16 23-53 22
18. Darmştadt 30 3 8 19 30-72 17
Bombardirlər: Keyn (Bavariya) – 33, Girassi (Ştutqart) – 25, Openda (Leyptsiq) – 23, Dəniz Undav (Ştutqart) – 17.
Növbəti turun oyunları aprelin 26-28-i aralığında keçiriləcək: Leyptsiq – Borussiya D, Borussiya M – Union, Bavariya – Ayntraxt F, Frayburq – Volfsburq, Maynts-05 – Köln, Bohum – Hoffenhaym, Auqsburq – Verder, Bayer-04 – Ştutqart, Darmştadt – Haydenhaym.

Turun rəqəmi
32 – “Leyptsiq” bundesliqaya yüksəldiyi 2016-cı ildən bəri debütantların qəniminə çevrilib. “Öküzlər” debütantlara uduzmur və bu seriya şənbə günü “Haydenhaym”la oyunda da davam etdi. “Leyptsiq” ardıcıl 32-ci dəfə debütanta qarşı məğlubiyyət acısı yaşamamaqla (29 qələbə, 3 heç-heçə) “Bavariya” məxsus olan rekordu təkrarladı. Münhen nəhəngi də 2010-18-ci illərdə məhz ardıcıl 32 qarşılaşmada debütantlara boyun əyməmişdi.

Turun ulduzu
Robin Hak (Borussiya M) – 25 yaşlı yarımmüdafiəçi het-trik etməklə turun ən yaddalan oyunçusu oldu. Amma onun bu qəhrəmanlığı komandasına nəinki 3, heç 1 xal da qazandırmadı. Hak “Hoffenhaym”ın yetirməsidi və maraqlıdı ki, bundesliqada ilk het-trikini məhz bu kluba qarşı etdi. O, cari mövsümə qədər bundesliqada 33 oyuna cəmi 1 qol vurmuşdusa, 2023/24-də 26 oyuna artıq 8 dəfə fərqlənib və komandasının ən məhsuldar oyunçusudu. 2024-cü ildə o, bundesliqada artıq 3-cü fərqli oyunda minimum 2 qol vurdu. Cari təqvim ilində Keyn də daxil olmaqla elitada başqa heç bir futbolçu bu cür göstərici ilə öyünə bilməz.

Turun sitatı
Tomas Tuxel, “Bavariya”nın baş məşqçisi:

“Bizim üçün ideal keçən həftəni ideal şəkildə də başa vurduq. “Union” meydana hücumameyilli heyətlə çıxmışdı. Ona görə də müdafiəçilərimizə çox iş düşdü. Amma qolları lazimı anlarda vurduq. Çox yaxşı oynadıq. “Bavariya” həmişə ən yüksək standartları qorumağa çalışır. Biz hər səfərə qələbə üçün yollanırıq. Şadam ki, bu gün bunu həyata keçirməyi bacardıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

13-12-2023, 23:0

“Bavariya”nı Frankfurtda yenə “kötəklədilər”

Dünya futbolu

6-09-2023, 19:0

“Haydenhaym” elitada ilk xalını Dortmundda qazandı! - TURUN ŞƏRHİ

Dünya futbolu

27-02-2024, 19:0

Keyn çempionluq intriqasını ölməyə qoymadı – TURUN ŞƏRHİ

Dünya futbolu

7-02-2024, 19:0

Liderlər mövsümün şah oyunundan öncə büdrəmədilər – TURUN ŞƏRHİ

Dünya futbolu

4-10-2023, 18:0

“Bavariya” yenə “Leyptsiq” ilə bacarmadı – TURUN ŞƏRHİ

Aktual
“Şəfa” zirvədə qaldı, “Şimal” “zirzəmi”yə endi... - ŞƏRH
Mahir Emreli yolayrıcında: “Hannover-96”, yoxsa “Nürnberq”? – Kloze ona qonaq gəlib
VAR yenə də yox kimidi...
"Qarabağ" Rusiyada şou göstərən azərbaycanlını transfer edir - ulduzu Qurban Qurbanovla parlayacaq!
“Futbolçular meydana yarıac-yarıtox çıxır” – bunu prezident deyirsə...
10 azarkeşin izlədiyi oyun, hər il 600 min manat xərclənən çempionat... – 2-ci liqa kimə lazımdı?
Son xəbərlər
  • Bu gün, 17:40
    “Palmeyras” ilə “Flamenqo”nun çempionluğa iddiası davam edir - İCMAL
  • Bu gün, 17:35
    "Sabah"dan ikinci qol - YENİLƏNİR
  • Bu gün, 17:07
    “Atletiko” UEFA-ya şikayət edib
  • Bu gün, 16:35
    "İmişli"dən ciddi zədə alan futbolçusu ilə bağlı açıqlama
  • Bu gün, 15:54
    Dayçın debütü uğurlu alındı - “Roma” 2011-ci ildən sonra evdə ilk dəfə...
  • Bu gün, 15:03
    “Şəfa” zirvədə qaldı, “Şimal” “zirzəmi”yə endi... - ŞƏRH
  • Bu gün, 14:52
    "Araz-Naxçıvan" - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 14:19
    ''Qalatasaray''ın sabiq ulduzu axır ki, özünə yeni klub tapdı
  • Bu gün, 13:48
    "Sona qədər mübarizə aparacağıq" - Kamilo Duran
  • Bu gün, 13:12
    Premyer-liqa ən dəyərli çempionatdı
  • Bu gün, 12:45
    Renatın komandası qələbə qazandı
  • Bu gün, 12:30
    “Atletik” “Qarabağ” nağılını Bilbaoda bitirdi - İCMAL
  • Bu gün, 11:43
    “El Klasiko”da görünməyəcək
  • Bu gün, 11:25
    Beş boksçumuz AÇ-nin finalında mübarizə aparacaq
  • Bu gün, 11:10
    Mahir Emreli yolayrıcında: “Hannover-96”, yoxsa “Nürnberq”? – Kloze ona qonaq gəlib
  • Bu gün, 11:04
    VAR yenə də yox kimidi...
  • Bu gün, 10:42
    "Araz-Naxçıvan" - "Sabah", yoxsa "Napoli" - "İnter"?
  • Bu gün, 00:04
    Zemfira Meftahətdinova "İdman veteranları" İB-nin prezidenti seçildi
  • Dünən, 23:42
    Yeniyetmə futbolçu öldürüldü
  • Dünən, 23:41
    Çempion dünya reytinqində liderliyini qoruyur
  • Dünən, 23:38
    Klopp üçün yeni vəzifə
  • Dünən, 23:36
    Tomassonun yerini tutdu
  • Dünən, 23:34
    Dünya çempionatında 3 bürünc medal şansı
  • Dünən, 23:33
    Ronaldo 800-ə çatan ilk futbolçudu!
  • Dünən, 22:46
    "Fasiləyə qədər ən azı daha bir qol vura bilərdik" - Siyasət Əsgərov
  • Dünən, 22:24
    "Qarabağ" Rusiyada şou göstərən azərbaycanlını transfer edir - ulduzu Qurban Qurbanovla parlayacaq!
  • Dünən, 20:45
    “Şəmkir”ə müvəqqəti baş məşqçi təyin edildi - RƏSMİ
  • Dünən, 20:25
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 19:54
    “Futbolda hər gün yeni qərarlar çıxır” - Azər Bağırov
  • Dünən, 19:34
    “Daha çox qol vura bilərdik” - Jorj Kaşkilya
  • Dünən, 18:57
    “Turan Tovuz" liderdi, "İmişli" “Kəpəz”i darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 18:01
    Millimiz ilk oyunda biabırçı məğlubiyyətlə üzləşdi - AÇ
  • Dünən, 17:40
    "Komandamın məğlub olması mənim səhvim idi" - Azər Həşimov
  • Dünən, 17:19
    Berdıyev komandasının oyunundan razı qalmadı - "səhvlərin üzərində işləyəcəyik"
  • Dünən, 16:58
    “Futbolçular meydana yarıac-yarıtox çıxır” – bunu prezident deyirsə...
Daha çox
Oxunub: 838
"Qarabağ" Rusiyada şou göstərən azərbaycanlını transfer edir - ulduzu Qurban Qurbanovla parlayacaq!
Oxunub: 218
Mahirin baş məşqçisi "açdı sandığı, tökdü pambığı"! – görün Emreli hansı işlərlə məşğuldu...
Oxunub: 207
Mahir Emreli haqda yeni şok faktlar! - bu yolun sonu uçurumdu, qardaş...
Oxunub: 201
“Atletik” “Qarabağ”la oyun ərəfəsində: bütün komponentlərdə uduzdu, hesabdan başqa!
Oxunub: 201
"Qarabağ" "Atketiko"yla oyundan əvvəl ciddi itkiylə üzləşdi! - Bilbao səfərinin detalları
Oxunub: 195
“Marca” Qurban Qurbanovu Valverdeylə müqayisədə zəif gördü! – Kadiylə Zubir isə...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə