• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Spartak” Karpinin yubileyini korladı - TURUN İCMALI

Dünya futbolu

23-04-2024, 22:0

“Krasnodar” “Zenit”ə məğlubiyyətin üzüntüsünü üzərindən çox tez ataraq turun açılış matçında “Fakel”i üstələdi.

"Football-plus.az" xəbər verir ki, “Krasnodar” son 14 turda cəmi 2-ci dəfə qapısını toxunulmaz saxladı.

Kazanda ilk yarıda vurulan qarşılıqlı qollar sayəsində heç-heçə qeydə alındı. “Rubin”in premyer-liqada “Lokomotiv”ə qarşı qələbəsiz seriyası 12 oyuna yüksəldi. “Rubin”in elitada yalnız bir dəfə - 2014-20-ci illərdə “Spartak”a qarşı (13 oyun) bundan daha pis seriyası olub. “Krılya Sovetov”u evə əliboş yola salan “Baltika” son 4 turda 3-cü qələbəsini qazandı. Turun əsas sürprizi “VEB-Arena”da qeydə alındı. Son 4 turun hamısından xalsız ayrılan, üstəlik ötən həftə evdə “Baltika”dan 7 top buraxan “Axmat” ÇSKA ilə səfər oyununun 2-ci hissəsində hesabda geri düşsə də, əzmkar qələbə qazandı. “Hərbçilər” növbəti dəfə hesabda öndə olduqları qarşılaşmada qalib gələ bilmədilər. Komanda bu mövsüm hesabda önə keçdiyi 18 matçın 9-da, yəni yalnız 50 faizində qalib gəlib və bu qarşılaşmalarda 21 xal (!) itirib. Amma ədalət naminə ÇSKA-nın bu oyunda 19-cu dəqiqədən etibarən azlıqda oynadığını bildirək.

Nijni Novqoroddan böyükhesablı qələbə ilə qayıdan “Dinamo” premyer-liqada 3 oyunluq məğlubiyyət seriyasına son qoydu. “Zenit” son həftələrdə oyun baxımından yaxşı təsir bağışlamasa da, qələbələri sıralamaqda davam edir. Əvvəlki ev oyununda olduğu kimi, Piter təmsilçisi bu dəfə də bir qolla qalib gəldi. “Zenit” premyer-liqada öz meydanında ardıcıl 5-ci qarşılaşmada qol buraxmadı. Komandanın sonuncu dəfə belə seriyası 2011ci ilin payızında Luçano Spallettinin dönəmində olmuşdu. Turun ən parlaq qələbəsini gözlənilmədən “Spartak” qazandı. Deyəsən, Moskva nəhənginin problemi elə Abaskalda imiş. Çünki bu məşqçi qovulan kimi “ağ-qırmızılar” əvvəlcə kubokda səfərdə “Zenit”lə qolsuz bərabərə qaldılarsa, indi də səfərdə “Rostov”u darmadağın etdilər. Halbuki Valeri Karpinin “Rostov”u qış fasiləsindən bəri premyer-liqada heç kimə uduzmamış və hamıdan çox xal toplamışdı. Üstəlik bu, Karpinin premyer-liqada yubiley – 300-cü oyunu idi. O, turnirin tarixində 300 oyun həddinə çatan 10-cu mütəxəssis oldu. Yubileyi məhz sabiq klubu korladı. Karpin bu 300 qarşılaşmadan 134-nü “Spartak”ın, 166-nı “Rostov”un başında keçirib. Bu mövsüm cəmi 2-ci dəfə böyük hesabla qalib gələn “ağ-qırmızılar” 4-cü pilləyə yüksəldilər.

25-ci tur
Zenit – Orenburq 1:0
Klaudinyo, 23.
Zenit: Kerjakov, Yerakoviç, Nino, Alip, Karavayev (Rodriqao, 90), Barrios, Vendel (Vasilyev, 90+4), Artur, Klaudinyo (Mantuan, 68), Pedro (Mostovoy, 46), Kassyerra (Sergeyev, 68).
Krasnodar – Fakel 2:0
Sa, 60. Kordoba, 86.
Krasnodar: Safonov, Olusequn, Kayo, Alonso, Olasa, Krivtsov, Kastanyo (Pina, 71), Kadi (Baynats, 72), Spertsyan, Sa (Batçi, 69), Kordoba (Kobnan, 90+5).
Rostov – Spartak 1:5
Qolenkov, 46 – Xluseviç, 16. Medina, 54; 60-p. Martins, 76. Bonqonda, 90+4.
Spartak: Maksimenko, Denisov, Duarte, Çernov, Babiç, Xluseviç, Martins (Roşin, 77), Prutsev (Bonqonda, 90), İqnatov (Sobolev, 68), Medina (Litvinov, 68), Uqalde (Umyarov, 90).
ÇSKA – Axmat 1:2
Çalov, 62-p. – Konate, 79. Berişa, 87.
ÇSKA: Torop, Qayiç, Zdelar, Roşa, Moyzes, Aqapov, Oblyakov, Mendes (Diveyev, 32), Fayzullayev (Davila, 65), Çalov (Zabolotnı, 64), Musayev.
Rubin – Lokomotiv 1:1
Vada, 21 – Barinov, 43.
Lokomotiv: Lantratov, Nenaxov, Morozov, Fasson (Tiknizyan, 28), Silyanov, Barinov (Süleymanov, 68), Karpukas, Samoşnikov, Mirançuk, Pinyayev (Dzyuba, 83), Qluşenkov.
Nijni Novqorod – Dinamo 1:4
Kalinski, 90+1-p. – Tyukavin, 31. Fomin, 44. Fernandes, 57. Bitello, 66.
Baltika – Krılya Sovetov 2:1
Enrikes, 84. Rıbçinski, 90+6 – Rahmanoviç, 90+2.
Soçi – Ural 2:2
Quarirapa, 77. Yakiç, 87 – İonov, 46; 67.
1. Zenit 24 15 5 4 44-20 50
2. Krasnodar 24 13 7 4 38-23 46
3. Dinamo 24 11 8 5 40-32 41
4. Spartak 24 11 5 8 34-29 38
5. Lokomotiv 24 9 11 4 39-32 38
6. ÇSKA 24 9 10 5 44-33 37
7. Krılya Sovetov 24 10 6 8 42-35 36
8. Rostov 24 9 7 8 36-38 34
9. Rubin 24 9 6 9 21-30 34
10. Nijni Novqorod 24 8 4 12 22-30 28
11. Fakel 24 6 8 10 19-27 26
12. Orenburq 24 6 8 10 27-31 26
13. Ural 24 6 6 12 24-38 24
14. Baltika 24 6 5 13 23-28 23
15. Axmat 24 6 5 13 23-37 23
16. Soçi 24 4 7 13 26-39 19
Bombardirlər: Kassyerra (Zenit) – 16, Kordoba (Krasnodar) – 12, Tyukavin (Dinamo) – 11.
Növbəti turun oyunları aprelin 24-25-də keçiriləcək: Zenit – Rubin, Krasnodar – Baltika, ÇSKA – Spartak, Axmat – Soçi, Nijni Novqorod – Lokomotiv, Fakel – Krılya Sovetov, Ural – Rostov, Orenburq – Dinamo.

Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:

“İlk yarıda yaxşı təsir bağışlasaq da, ikinci hissə haqda eyni sözləri deyə bilmərəm. Fasilədən sonra topu özümüzdə saxlaya bilmirdik. Üstəlik səhvlərimiz çoxaldı və gərginlik artmağa başladı. Bunun da nəticəsi kimi qapımız önündə təhlükəli vəziyyətlər yarandı. Ən adi epizodlarda belə səhvlərə yol verirdik. 1:0 həmişə təhlükəli hesabdı. Hər an hər şey dəyişə bilər. Müdafiədən hücuma çıxmaqda çətinlik çəkdiyimiz üçün 3 mərkəz müdafiəçili sistemə keçməli olduq. Həftəiçi baş tutacaq oyunda heyətdə rotasiya edib-etməyəcəyimi bilmirəm. Oyunlar bir-birindən fərqlənir. Bir futbolçu bir oyunda pis oynadısa, o demək deyil ki, gələn dəfə də pis oynayacaq”


Vladimir Slişkoviç, “Spartak”ın müvəqqəti məşqçisi:
“Belə qələbədən sonra danışmaq, oyunçulara xoş sözlər demək asandı. İlk yarıda hücumda istənilən səviyyədə oynamadıq. Təhlükəli vəziyyətləri yalnız standart zərbələrdən sonra yaradırdıq. Amma buna qədər standart vəziyyətlərdən qol vurmaqla bağlı problem yaşayırdıqsa, bu gün bu baxımdan işlər qaydasında oldu. “Rostov” hücuma aludə olaraq müdafiədə boşluqlar buraxdı. İrəlidəki sürətli oyunçularımız bundan gözəl faydalandı. Həm məşqçilər korpusu, həm də futbolçular işinin öhdəsindən yaxşı gəldi. Düzünü desəm, son uğursuzluqlara komandamdan dərhal belə reaksiya gözləmirdim. Bu oyun bir daha göstərdi ki, “Spartak”ın hər futbolçusu meydanda gücünün 100 faizini qoyduqda bu komanda Rusiyada istənilən rəqibi yenməyə qadirdi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-09-2023, 21:0

“Krasnodar” liderliyini möhkəmləndirdi - TURUN ŞƏRHİ

Dünya futbolu

4-10-2023, 20:0

Çempion məğlubiyyətləri sıralayır – TURUN ŞƏRHİ

Dünya futbolu

1-11-2023, 21:0

“Krasnodar” ilk dəfə uduzdu, “Spartak” antirekordunu təkrarladı - TURUN ŞƏRHİ

Dünya futbolu

8-11-2023, 15:0

“Krasnodar” zirvəni əldən vermədi

Dünya futbolu

6-03-2024, 21:0

“Spartak” “Zenit”in qol seriyasına son qoydu – TURUN ŞƏRHİ

Dünya futbolu

16-08-2023, 19:0

''Spartak'' ilk məğlubiyyətini Yekaterinburqda yaşadı – TURUN ŞƏRHİ

Aktual
“Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
“Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
"Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
“Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
“Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
Son xəbərlər
  • Dünən, 23:25
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • Dünən, 23:07
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • Dünən, 22:59
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • Dünən, 22:12
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Dünən, 21:36
    "Bizi güclü rəqib gözləyir" - "Orhus"un baş məşqçisi
  • Dünən, 21:15
    “Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
  • Dünən, 20:51
    "Şamaxı" "Qəbələ"yə qalib gəldi
  • Dünən, 20:15
    Almaniyaya qayıtdı
  • Dünən, 19:46
    "Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
  • Dünən, 19:26
    "Zaqatala"nın baş məşqçisi açıqlandı
  • Dünən, 19:00
    “Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
  • Dünən, 18:28
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 17:57
    “Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
  • Dünən, 17:36
    Bu 3 futbolçu ''Bavariya''ya lazım deyil - onlar arasında sabiq ''Qalatasaray''lı da var
  • Dünən, 17:05
    Türkiyəli qapıçı karyerasını İspaniyada davam etdirə bilər
  • Dünən, 16:34
    1-ci liqada püşkatma mərasimi keçirildi
  • Dünən, 16:12
    Hamını arxada qoydu
  • Dünən, 15:41
    Elvin Yunuszadə Türkiyə klubunda - RƏSMİ
  • Dünən, 15:05
    "İmişli"dən yeni transfer
  • Dünən, 14:40
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 14:19
    "Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
  • Dünən, 13:58
    13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
  • Dünən, 13:27
    Romadan Milana üz tuta bilər
  • Dünən, 12:56
    “Əl-Karaitiyat”ın “Kəpəz”lə oyunu niyə ləğv olundu?
  • Dünən, 12:35
    “Bu gün verilən ən doğru qərarlardan biridi” - “APL Fantasy” azarkeş sayına necə təsir edəcək?
  • Dünən, 12:14
    "İmişli" Ronaldo ilə vidalaşdı
  • Dünən, 11:46
    "Xankəndi"dən növbəti transfer
  • Dünən, 11:25
    “Zirə”: nə oldu birdən-birə? - nə baş məşqçi səhvlərini etiraf etdi, nə də futbolçular...
  • Dünən, 11:07
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • Dünən, 10:52
    "Neftçi" "Sumqayıt"la oyun üçün hazırlığa başladı
  • Dünən, 10:30
    Nərimanın Türkiyə klubu ilə müqaviləsinin detalları
  • Dünən, 10:09
    Nəriman "Ərzurumspor"da çıxış edəcək - RƏSMİ
  • Dünən, 10:00
    Salibanı kim əvəz edəcək?
  • 3-08-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 3-08-2026, 23:0
    Gözlənilən təyinat rəsmiləşdi
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 222
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 166
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 99
ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə