Rusiya premyer-liqasında 3 aya yaxın davam edən fasilə ötən həftəsonu başa çatdı.
Tur “Rostov”un “Krılya Sovetov” üzərində inamlı qələbəsi ilə start götürdü. “Rostov” ardıcıl 4-cü ev oyununda qol buraxmadan qələbə qazanaraq Valeri Karpinin dönəmindəki şəxsi rekordunu təkrarladı.
Tur iddialılar üçün uğurlu alınmadı. Turnir cədvəlinin ilk 8 pilləsində qərarlaşanlardan yalnız biri – “Dinamo” qələbə qazandı. Bu komanda derbidə “Lokomotiv”dən üstün oldu. Marsel Liçkanın kollektivi bu qələbə ilə həm də liderlərə yaxınlaşdı. ÇSKA mövsümü qeyri-sabit keçirməkdə davam edir. Bu dəfə “hərbçilər” evdə autsayder “Orenburq”u məğlub edə bilmədi. ÇSKA bu mövsüm hesabda öndə olduğu oyunlarda ən çox (16) xal itirən komandadı. Yeni transfer Tamerlan Musayev son 11 ildə moskvalıların heyətində premyer-liqada debüt oyununda qol vuran ilk futbolçu oldu. Qış fasiləsinə lider qismində yollanan “Krasnodar” üçün mövsümün yaz hissəsi uğurlu başlamadı. Komanda “Rubin”lə ev oyununda uzun müddət hesabda öndə olsa da, son anlarda qələbəni əldən verdi. Buna baxmayaraq, 19 tura 39 xal premyer-liqada klub tarixinin yeni rekordudu! “Rubin” premyer-liqada son 9 turda cəmi 2-ci qolunu buraxdı. Halbuki bu müddətdə komandanın qapısına 120 zərbə endirilib və bunların 33-ü “çərçivə”yə düşüb.
Amma liderin xal itkisinə baxmayaraq, “Zenit” bundan yararlana bilmədi. Sankt-Peterburq nəhəngi turun mərkəzi oyununda prinsipial rəqib “Spartak”ı qəbul etdi. Bilindiyi kimi, Moskva nəhəngi bu oyuna əsas qol silahlarından olan Promessiz çıxmaq məcburiyyətində qalmışdı. BƏƏ-də həbs olunan bu futbolçunun, ümumiyyətlə, nə vaxt qayıdacağı bəlli deyil. Son illərin dəyişməz çempionu “Zenit” fanatları önündə favorit statusunu doğrulda bilmədi. Görüş baxımlı, amma qolsuz alındı. Piterlilər bu mövsüm Moskva klublarına qarşı keçirdikləri 6 oyunda cəmi 1 qələbə qazanıb (2 heç-heçə, 3 məğlubiyyət). Halbuki ötən mövsüm komanda 10 belə oyunun 9-da qalib gəlmişdi. “Zenit”in premyer-liqa çərçivəsində ardıcıl 25, evdə isə ardıcıl 58 oyunluq qol seriyası qırıldı. Sonuncu göstərici turnirin rekordu idi. Komanda sonuncu dəfə evdə çempionat çərçivəsində 1454 gün öncə - 2020-ci il martın 9-da “Ufa” ilə oyunda (0:0) qola həsrət qalmışdı. Onu da bildirək ki, premyer-liqada “Zenit”in “Spartak”a qarşı məğlubiyyətsiz seriyası 12 oyuna çatdı.
19-cu tur
Zenit – Spartak 0:0
Zenit: Adamov, Fernandes (Karavayev, 70), Yerakoviç, Nino, Santos, Vendel, Barrios, Klaudinyo (Axmetov, 89), Artur (Pedro, 70), Mostovoy (Sergeyev, 89), Kassyerra.
Spartak: Maksimenko, Zobnin, Duarte, Babiç, Xluseviç, Prutsev, Martins, Medina (Mozes, 84), Zinkovski (Çernov, 90+2), Sobolev (İqnatov, 72), Uqalde.
Krasnodar – Rubin 1:1
Olusequn, 36 – Aşurmatov, 90.
Krasnodar: Safonov, Petrov (Volkov, 14), Tormena, Alonso, Olasa, Pina, Kadi, (Krivtsov, 72), Spertsyan, Olusequn, Sa, Kobnan (Banyats, 72).
ÇSKA – Orenburq 1:1
Musayev, 81 – Peres, 90+3.
ÇSKA: Akinfeyev, Kellven, Diveyev, Roşa, Moyzes, Qayiç, Oblyakov, Fayzullayev (Zabolotnı, 73), Mendes, Davila, Çalov (Musayev, 67).
Dinamo – Lokomotiv 2:1
Bitello, 12. Makarov, 58 – Jemaletdinov, 84.
Lokomotiv: Lantratov, Silyanov, Nyamsi, Morozov, Mitay (Samoşnikov, 65), Barinov, Karpukas (Sarveli, 77), Mirançuk (Süleymanov, 46), Qluşenkov (Jemaletdinov, 65), Tiknizyan, Dzyuba (Pinyaev, 46).
Rostov – Krılya Sovetov 2:0
Qolenkov, 29. Komarov, 80.
Axmat – Ural 1:0
Semyonov, 73.
Nijni Novqorod – Fakel 1:1
Qotsuk, 64 – Yakimov, 23.
Baltika – Soçi 0:0
1. Krasnodar 19 11 6 2 29-15 39
2. Zenit 19 11 4 4 35-17 37
3. Dinamo 19 9 8 2 31-23 35
4. Spartak 19 9 4 6 27-24 31
5. Lokomotiv 19 8 7 4 30-25 31
6. Rubin 19 8 5 6 18-22 29
7. ÇSKA 19 7 8 4 32-25 29
8. Krılya Sovetov 19 8 5 6 36-29 29
9. Nijni Novqorod 19 7 4 8 16-17 25
10. Rostov 19 6 6 7 26-29 24
11. Fakel 19 5 7 7 16-20 22
12. Axmat 19 5 5 9 19-23 20
13. Ural 19 5 4 10 18-29 19
14. Orenburq 19 3 7 9 20-29 16
15. Baltika 19 3 5 11 12-24 14
16. Soçi 19 3 3 13 17-31 12
Bombardirlər: Kassyerra (Zenit) – 14, Kordoba, Spertsyan (hər ikisi “Krasnodar”), Çalov (ÇSKA), Qarre (Krılya Sovetov), Tyukavin (Dinamo) – 8.
Növbəti turun oyunları martın 8-10-u aralığında keçiriləcək: Spartak – Fakel, Rostov – Krasnodar, Krılya Sovetov – ÇSKA, Dinamo – Axmat, Lokomotiv – Soçi, Rubin – Nijni Novqorod, Ural – Zenit, Orenburq – Baltika.
Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi: