Peres “Red Bull”dan getməyəcək

22.04.2024 15:50 137
İdman
İt.motosport.com saytının yaydığı xəbərə görə, “Red Bull”un pilotu Serxio Peres, çox güman, komandada qalacaq. Avstriya komandası meksikalı ilə birillik müqavilə bağlamaq imkanını nəzərdən keçirir.

“Red Bull” Aleks Albona da 2026-cı ildə ikinci şans verəcək. Peres aprelin 7-də keçirilən Yaponiya mərhələsində 2-ci yeri tutmuşdu.