Ciddənin təhlükəli şəhər trekində maraqlı mübarizə gözləyən azarkeşlərin ümidləri doğrulmadı.
"Football-plus.az" xəbər verir ki, Bəhreyndə olduğu kimi, Səudiyyə Ərəbistanında da “Red Bull” dominantlıq etdi.
Demək olar ki, fəxri kürsü də dəyişmədi. Sadəcə, bu dəfə 1-ci yeri “Red Bull”un niderlanlı pilotu Maks Ferstappen yox, meksikalı pilotu Serxio Peres tutdu. Yenə də 3-cü olan Fernando Alonso isə fəxri kürsüyə 100-cü dəfə qalxdı.