"Formula 1" üzrə Bəhreyn Qran-prisi keçirilib.
Mövsümün ilk yarışında "Ferrari" pilotu Şarl Lekler qələbə qazanıb. Mübarizədə maraqlı anlar yaşanıb. "Red Bull" pilotu Maks Ferstappen 57 dövrəlik mübarizəni sona çatdıra bilməyib. Finişə bir neçə dövrə qalmış mübarizəni dayandırıb.
Komandanın digər üzvü Serxio Peres də üçüncü olduğu mübarizəni bolidində problem çıxdığı üçün sona bir dövrə qalmış mübarizəni dayandırıb.