• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bayer-04” bundesliqanın yeni çempionudu! - TURUN İCMALI

Dünya futbolu

16-04-2024, 19:0

Tur cümə günü “Auqsburq”un “Union”u iki cavabsız qolla məğlub etməsi ilə start götürdü.

“Football-plus.az” xəbər verir ki, paytaxt təmsilçisi son 6 turda 5-ci dəfə meydanı qolsuz tərk etdi. Yeri gəlmişkən, qonaqların mərkəz müdafiəçisi Foqt unikal və arzuolunmaz bir rekordun sahibi oldu. Belə ki, o, bundesliqada ardıcıl 267-ci oyunda qol vura bilmədi. Foqt bununla da Şvagerin hələ 1973-də müəyyənləşdirdiyi rekordu yeniləyərək turnirin tarixində sahə oyunçuları arasında ən uzun müddət qol vura bilməyən futbolçuya çevrildi! 32 yaşlı oyunçu son qolunu 2014-cü il oktyabrın 18-də “Köln”ün heyətində Dortmund “Borussiya”sına vurub.

Şənbə günü favoritlər üçün uğurlu alındı. Düşmə zonasında qərarlaşdığı üçün xala ehtiyacı olan “Köln” Münhendə “Bavariya”ya yalnız bir hissə müqavimət göstərə bildi. 2 cavabsız qolla üstün olan “rekordmaytser”in “keçilər”ə qarşı məğlubiyyətsiz seriyası 21 oyuna çatdı. ÇL-ə vəsiqə uğrunda amansız mübarizə aparan “Leyptsiq”lə Dortmund “Borussiya”sı da turu qələbəylə başa vurdu. Münhenqladbax səfəri “arılar” üçün olduqca çətin alındı. Komanda Adeyeminin qırmızı vərəqə almasından sonra 55-ci dəqiqədən etibarən azlıqda qalsa da, qələbə hesabını qorumağı bacardı. Turun daha bir maraqlı görüşündə “Ştutqart” heç də zəif olmayan “Ayntraxt”ı darmadağın edərək son 6 oyunda 5-ci qələbəsini qazandı. Maraqlıdı ki, şvabiyalılar sonuncu dəfə çempion olduqları 2007/08-də 29 tura indikindən 8 xal az, yəni 55 xal toplamışdılar! Girassi – Dəniz Undav dueti isə yenə meydanı qolsuz tərk etmədi. Girassi “Ştutqart” tarixində bir mövsümdə bundesliqada 25 qol həddinə çatan ilk futbolçuya çevrildi. Türkəsilli Undav isə son 28 ildə bundesliqadakı debüt mövsümündə 16 qol həddinə çatan ilk almaniyalı futbolçudu. Sonuncu dəfə bunu 1995/96-da “Karlsrue”nin heyətində əslən Cənubi Afrikadan olan Şon Dandi bacarmışdı.

Çempionluq mübarizəsinin kuliminasiya nöqtəsi bazar gününə, yəni aprelin 14-nə təsadüf etdi. Enişdə olan və bu oyuna 6 turluq qələbəsiz seriya ilə çıxan “Verder”, gözlənildiyi kimi, liderə müqavimət göstərə bilmədi. Xabi Alonsonun məğlubedilməz armadası bu mövsümdəki ən böyükhesablı qələbəsini məhz çempionlıuq oyununa saxlayıbmış. Final fitindən sonra fanatların meydana axışmasını və “BayArena”da yaşanan qələbəliyi görməyə dəyərdi. Cəmi 163 min əhalisi olan Leverkuzen şəhəri küçələrə axışdı. Çünki “Bayer-04” ilk çempionluğunu qazanaraq “Bavariya”nın 11 illik hegemonluğuna son qoydu. “Bayer-04” həm də bundesliqanın 13-cü fərqli çempionu oldu. Maraqlıdı ki, 119 illik klub tarixinin cəmi 3-cü titulunu qazandı. Buna qədər “aspirinlər” yalnız 1987/88-də UEFA kubokunu və 1992/93-də ölkə kubokunu qazanmışdılar. Leverkuzenə gələnə qədər yüksək səviyyədə heç bir təcrübəsi olmayan və 2022-nin payızında komandanı düşmə zonasında qəbul edən Xabi Alonso 557 gün ərzində əsl tarix yazdı! Bundan başqa, “Bayer-04” həm də 29-cu turu məğlubiyyətsiz bitirməklə bu göstəricidə də bundesliqanın yeni rekordçusu oldu. Əvvəlki rekordun sahibi olan Xosep Qvardiolanın “Bavariya”sı 2013/14-də ilk məğlubiyyətini məhz 29-cu turda yaşamışdı.

29-cu tur
Bavariya – Köln 2:0
Gerreyro, 65. Müller, 90+3. (75000)
Bavariya: Ulrayx, Kimmix, De Liqt (Upamekano, 61), Dayer, Mazraui (Devis, 61), Gerreyro (Laymer, 79), Pavloviç (Qoretska, 79), Koman (Musiala, 50), Müller, Tel, Keyn.

Bayer-04 – Verder 5:0
Bonifas, 25-p. Caka, 60. Virts, 68; 83; 90. (30210)
Bayer-04: Qradetski, Tella (Frimponq, 62), Kossunu, Ta, Tapsoba, İnkapye (Qrimaldo, 77), Andrix, Caka (Palasios, 77), Hofmann, Adli (Virts, 46), Bonifas (Şik, 62).

Borussiya M – Borussiya D 1:2
Vöber, 26 – Zabitser, 22; 28-p. (54042)
Borussiya D: Kobel, Volf, Zyule, N.Şlotterbek, Maatsen (Ryuyerson, 46), Zabitser, Salih Özcan, Adeyemi, Brandt (F.Nmeça, 71), Bayno-Gittens (Malen, 54), Alle (Mukoko, 10).

Leyptsiq – Volfsburq 3:0
Olmo, 13. Şeşko, 68. Openda, 82. (45858)
Leyptsiq: Qulaçi, Simakan (Klostermann, 79), Orban, Lukeba, Henrixs, Şlager (Zayvald, 76), Aydara (Bitşiabu, 86), Olmo, Simons, Şeşko (Baumqartner, 76), Openda (Elmas, 86).

Ştutqart – Ayntraxt F 3:0
Girassi, 11. Dəniz Undav, 17. Levelinq, 37. (60000)
Ştutqart: Bredlov, Stergiu, Anton, İto, Mittelştadt, Ştiller, Karazor, (Mahmud Dahud, 78), Levelinq (Ştensel, 90+2), Dəniz Undav (Çon Vu Yon, 78), Fürix (Miyo, 65), Girassi (Katompa Mvumpa 90+2).

Darmştadt – Frayburq 0:1
Doan, 36. (17810)

Maynts-05 – Hoffenhaym 4:1
Burkardt, 47. Mvene, 51. Qruda, 63. Onisivo, 88 – Kaderjabek, 19. (32000)

Auqsburq – Union 2:0
Tits, 47. Miçel, 81. (29731)

Bohum – Haydenhaym 1:1
K.Şlotterbek, 90 – K.Şlotterbek, 81-öz qapısına. (24414)

1. Bayer-04 29 25 4 0 74-19 79
2. Bavariya 29 20 3 6 82-36 63
3. Ştutqart 29 20 3 6 67-34 63
4. Leyptsiq 29 17 5 7 67-33 56
5. Borussiya D 29 16 8 5 57-34 56
6. Ayntraxt F 29 10 12 7 43-39 42
7. Auqsburq 29 10 9 10 47-46 39
8. Frayburq 29 11 6 12 41-52 39
9. Hoffenhaym 29 10 6 13 49-57 36
10. Haydenhaym 29 8 10 11 42-50 34
11. Borussiya M 29 7 10 12 50-56 31
12. Verder 29 8 7 14 36-49 31
13. Union 29 8 5 16 25-45 29
14. Volfsburq 29 7 7 15 34-50 28
15. Bohum 29 5 12 12 34-59 27
16. Maynts-05 29 5 11 13 30-47 26
17. Köln 29 4 10 15 23-51 22
18. Darmştadt 29 2 8 19 28-72 14
Bombardirlər: Keyn (Bavariya) – 32, Girassi (Ştutqart) – 25, Openda (Leyptsiq) – 22, Dəniz Undav (Ştutqart) – 16.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

7-02-2024, 19:0

Liderlər mövsümün şah oyunundan öncə büdrəmədilər – TURUN ŞƏRHİ

Dünya futbolu

14-03-2023, 18:0

“Borussiya” derbidə büdrədi və “Bavariya”nı irəli buraxdı – TƏHLİL

Dünya futbolu

20-03-2022, 18:0

Levandovski 30-a çatıb daha bir rekordu təkrarladı

Dünya futbolu

10-05-2023, 15:0

“Bavariya” qaçır, “Borussiya” qovur - TURUN ŞƏRHİ

Dünya futbolu

17-05-2023, 21:0

“Bavariya” və “Borussiya” rəqiblərini “kötəklədi” - TURUN ŞƏRHİ

Aktual
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Son xəbərlər
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Dünən, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Dünən, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Dünən, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • 5-08-2026, 23:0
    Yığmamız İslandiyaya uduzdu
  • 5-08-2026, 22:0
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • 5-08-2026, 21:0
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • 5-08-2026, 21:0
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • 5-08-2026, 20:0
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • 5-08-2026, 20:0
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • 5-08-2026, 19:0
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • 5-08-2026, 19:0
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 108
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə