• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya” qaçır, “Borussiya” qovur - TURUN ŞƏRHİ

Dünya futbolu

10-05-2023, 15:0

Tur unikal hadisə - cümə günü iki oyunun keçirilməsi ilə start götürdü.

Sonuncu dəfə buna 2011-ci il aprelin 29-da rast gəlinmişdi. Hər iki görüş meydan sahibləri üçün uğursuz alındı. Son 14 rəsmi oyunda uduzmamaqla 2010-dan bəri ən yaxşı göstəricisinə imza atan “Bayer-04”ün bu seriyasına “Köln” son qoydu. “Keçilər” XXI əsrdə ilk dəfə səfərdə ardıcıl 3 qələbə qazandılar! “Şalke-04” isə bundesliqada XXI əsrdə ən gec – 102-ci dəqiqədə vurulan qolla səfərdə “Maynst-05”i məğlub etdi. Helzenkirhen təmsilçisi bu qələbə sayəsində 8-ci turdan bəri ilk dəfə düşmə zonasını tərk etdi.

Şənbə gününün oyunlarına gəlincə, “Leyptsiq” yenə Frayburqdan qələbə ilə döndü. Həftəiçi kubokun yarımfinalında bu rəqibini 5:1 hesabıyla darmadağın edən öküzlər bu dəfə 1 qolla kifayətləndilər. Marko Rozenin komandası bu qələbə sayəsində birdən-birə 3-cü pilləyə yüksəldi. Bu, “Union”un səfərdə “Auqsburq”a uduzması sayəsində mümkün oldu. Zinshaymda növbəti məğlubiyyətə düçar olan “Ayntraxt”ın qələbəsiz seriyası 10 oyuna çatdı! Aşağı pillələri yaxından maraqlandıran matçda “Herta” “Ştutqart”ı evə əliboş yola saldısa, Münhenqladbax “Borussiya”sı “Bohum”dan üstün oldu.

Günün son oyununda “Bavariya” çətinliklə də olsa, “Verder” sınağından üzüağ çıxdı. Ötən həftə olduğu kimi, Qnabri yenə çətin keçən matçda hesabı açaraq qələbənin əsasını qoydu. “Bavariya” bu mövsüm onun qol vurduğu 9 oyunun hamısında qalib gəlib. Münhen nəhənginin “musiqiçilər”ə qarşı bütün turnirlərdə məğlubiyyətsiz seriyası qorxunc həddə - 31 oyuna çatdı. “Rekordmayster” Tuxelin dönəmində ilk dəfə ardıcıl 2 qələbəyə sevinərək 31-ci turu da zirvədə bitirməyi bacardı. Maraq üçün bildirək ki, “Bavariya” 31-ci tura lider daxil olduğu son 29 mövsümün 28-də çempion olub! İstisna yalnız 1992/93 mövsümünə təsadüf edib.

Turun son oyunu bazar günü Dortumdda keçirildi. Çempionluq intriqasının davam etməsi üçün “Borussiya” mütləq “Volfsburq”u yenməli idi. “Canavarlar” heç də asan rəqib olmasa da, “arılar” bu işin öhdəsindən artıqlamasıyla gəldilər. Terziçin komandası əla performans sərgiləyərək ilk 37 dəqiqədə 4 top vurdu. “Volfsburq”un Dortmundda qələbə həsrəti 10 oyuna çatdı. Bundan başqa, “Volfsburq” 6 cavabsız qolla uduzmaqla bundesliqadakı antirekordunu təkrarladı. Komanda daha öncə iki dəfə bu hesabla “Bavariya”ya uduzmuşdu.

31-ci tur
Verder – Bavariya 1:2

Şmidt, 86 – Qnabri, 62. Sane, 72. (42100)
Bavariya: Zommer, Mazraui, Pavar, De Liqt, Kanselo, Kimmix, Qravenberx (Müller, 64), Qnabri, Musiala, Koman (Sane, 64), Mane (Sarr, 88).

Borussiya D – Volfsburq 6:0
Adeyemi, 14; 59. Alle, 29. Malen, 37. Bellingem, 54; 86. (81365)
Borussiya: Kobel, Volf, Zyule, Hummels (Salih Özcan, 63), Ryuyerson (Passlak, 76), Bellingem, Əmrə Can, Brandt, Malen (Roys, 63), Alle (Mukoko, 62), Adeyemi (Reyna, 69).

Frayburq – Leyptsiq 0:1
Kampl, 73. (32900)
Frayburq: Flekken, Kübler (Şmid, 83), Ginter, Qulde, Günter (Ezekvem, 83), Vayshaupt (Röl, 59), Eqqeştayn (Çon Vu Yon, 84), Höfler, Qrifo, Qreqoritş (Petersen, 83), Höler.
Leyptsiq: Blasvix, Klostermann, Simakan, Orban, Henrixs, Soboslai, Laymer (Şlager, 90), Aydara (Kampl, 53), Olmo (Halstenberq, 78), Nkunku (Forsberq, 90+1), Verner (Poulsen, 78).

Auqsburq – Union 1:0
Belyo, 53. (30660)
Union: Rönnov, Yuranoviç, Yekkel (Mixel, 78), Duxi, Knoxe, Russiyon (Trimmel, 78), Xedira, Layduni (Şafer, 69), Haberer (Levelinq, 69), Bekker, Berens (Sibaço, 69).

Bayer-04 – Köln 1:2
Adli, 28 – Zelke, 14; 36. (30210)
Bayer-04: Qradetski, Tapsoba, Ta (Azmun, 81), İnkapye, Frimponq, Andrix, Əmiri (Hlojek, 57), Bakker (Palasios, 57), Diabi, Adli (Bellarabi, 89), Virts.

Hoffenhaym – Ayntraxt F 3:1
Baumqartner, 8. Kramariç, 41-p. Bebu, 45+3 – Götse, 54. (30150)
Ayntraxt: Trapp, Buta (Knauff, 83), Hasebe, Ndika, Ture (Borre, 55), Lents (Alidu, 73), Kamada, Sou (Ebimbe, 73), Götse, Lindström (Aaronson, 46), Kolo Muani.

Borussiya M – Bohum 2:0
Hofmann, 35. Ştindl, 90+1. (53797)

Maynts-05 – Şalke-04 2:3
Barreyro, 53. Martin, 70 – Bülter, 26; 90+12-p. Krauss, 60. (33305)

Herta – Ştutqart 2:1
Kempf, 29. Niderlexner, 45+2 – Girassi, 38. (63443)

1. Bavariya 31 19 8 4 83-34 65
2. Borussiya D 31 20 4 7 73-40 64
3. Leyptsiq 31 17 6 8 55-37 57
4. Union 31 16 8 7 44-32 56
5. Frayburq 31 16 8 7 46-38 56
6. Bayer-04 31 14 6 11 54-43 48
7. Volfsburq 31 12 10 9 54-43 46
8. Maynts-05 31 12 9 10 51-46 45
9. Ayntraxt F 31 11 10 10 51-49 43
10. Borussiya M 31 10 9 12 46-48 39
11. Köln 31 9 11 11 42-49 38
12. Verder 31 10 5 16 49-60 35
13. Auqsburq 31 9 7 15 40-55 34
14. Hoffenhaym 31 9 5 17 42-52 32
15. Şalke-04 31 7 9 15 31-59 30
16. Ştutqart 31 6 10 15 39-54 28
17. Bohum 31 8 4 19 33-69 28
18. Herta 31 6 7 18 37-62 25

Bombardirlər: Füllkruq (Verder) – 16, Qrifo (Frayburq), Türam (Borussiya M), Kolo Muani (Ayntraxt F), Nkunku (Leyptsiq) – 13, Dukş (Verder) – 12.
Növbəti turun oyunları mayın 12-14-ü aralığında keçiriləcək: Köln – Herta, Bavariya – Şalke-04, Union – Frayburq, Ayntraxt F – Maynts-05, Volfsburq – Hoffenhaym, Bohum – Auqsburq, Borussiya D – Borussiya M, Ştutqart – Bayer-04, Leyptsiq – Verder.

Turun rəqəmi
48 – “Borussiya” bu mövsüm evdə ən yaxşı performans sərgiləyən komandadı. “Arılar” doğma meydanda ardıcıl 10-cu qələbəni bayram etdilər! Komanda evdə hamıdan çox – 40 xal toplayıb (13 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət). Ən əsası “Borussiya” “Siqnal İduna Park”da 15 bundesliqa matçında 48 qol vurub. Komanda turnirin tarixində yalnız bir dəfə ilk 15 ev oyununda bundan daha çox qol vurub. Bu hadisə bundesliqanın ən birinci mövsümündə - 1963/64-də baş verib (54 qol). Onu da bildirək ki, dortmundlular şəxsi rekordu yeniləməkdə davam edirlər. Komanda çempionatda ardıcıl 49-cu ev oyununda qol vurdu.

Turun ulduzu
Kərim Adeyemi (Borussiya D) – “Volfsburq”un başına oyun açan “Borussiya”nın heyətində həm dubl edən Bellingem, həm dublla yanaşı, aktivinə məhsuldar ötürmə yazan Adeyemi, həm də 3 məhsuldar ötürmə verən Brandt turun ulduzu seçilməyə layiqdi. Amma biz Adeyemiyə üstünlük veririk. Gənc ulduz bu təqvim ilində sanki “qanad açıb uçur”. Onun hesabında artıq 6 qol, 5 məhsuldar ötürmə var və bunların hamısı 2023-ə təsadüf edib. Özü də komanda yoldaşları onun het-trik etməsinə də şərait yaratdılar. Amma 21 yaşlı futbolçu penaltidən yararlana bilmədi.

Turun sitatı
Tomas Tuxel, “Bavariya”nın baş məşqçisi: “Müllerin hər dəfə ehtiyatda qalmasının bu qədər söz-söhbətə səbəb olması mənə qəribə gəlir. Hər mətbuat konfransında mənə bu mövzuda 100 sual verilir. Tomas əla peşəkardı və bizim üçün vacib futbolçudu. Ötən tur bel ağrıları olduğuna görə ehtiyatda qaldı. Bu dəfə isə qalib heyəti dəyişmək istəmədim. Qnabri və Musiala yaxşı formadadı. Məşqçi bəzən komandanın xeyri üçün sərt qərarlar verməlidi. Əks təqdirdə hədəfə çata bilmərik. Mülleri karyerasına son qoymağa təhrik edirəm? Bu yalandı. Ona böyük hörmətim var. Ehtiyatda qalmaq dünyanın sonu deyil. Başqa güclü oyunçular da ehtiyatda qalır”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-03-2023, 18:0

“Borussiya” derbidə büdrədi və “Bavariya”nı irəli buraxdı – TƏHLİL

Dünya futbolu

12-04-2023, 21:0

Terziç “Borussiya”da yeni rekordçu oldu – ŞƏRH

Dünya futbolu

3-05-2023, 16:0

Lider yenə dəyişdi, hakim səhvini etiraf etdi - TURUN ŞƏRHİ

Dünya futbolu

28-04-2023, 17:0

“Borussiya” sona 5 tur qalmış zirvəyə yerləşdi! – TURUN ŞƏRHİ

DÇ 2026

15-02-2023, 14:0

“Borussiya” “Verder”dən qisasını aldı - Almaniya çempionatı

Dünya futbolu

5-04-2023, 14:0

“Borussiya” “Alyans Arena”da yenə eyni aqibətlə üzləşdi – 26-cı turun şərhi

Aktual
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Son xəbərlər
  • Bu gün, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Bu gün, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Bu gün, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Bu gün, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Bu gün, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Bu gün, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Bu gün, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
Daha çox
Oxunub: 195
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 193
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 137
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 117
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə