Futzal millimiz Gürcüstanla qarşılaşacaq

28.02.2024 12:20 157
İdman
Futzal millimiz aprel ayında iki yoldaşlıq oyunu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, aprelin 13-də Tbilisiyə yollanacaq yığmamız 2 dəfə Gürcüstan seçməsi ilə qarşılaşacaq. Vitali Borisovun kollektivi ayın 14-də və 16-da yerli komanda ilə üz-üzə gələcək.

Oyunların keçirilmə vaxtı və məkanı, eyni zamanda, komandamızın heyəti hələ bəlli deyil.