Futzal millimiz bu gün DÇ-də ikinci oyununu keçirəcək

20.09.2023 10:00 236
İdman
Futzal millimiz bu gün dünya çempionatının elit mərhələsində ikinci oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, yığma Niderland ilə üz-üzə gələcək.

A qrupunun ilk görüşündə səfərdə Rumıniyaya (1:3) məğlub olan Vitali Borisovun yetirmələri bu rəqibini Bakı İdman Sarayında sınağa çəkəcəklər.

Cənubi Kiprli hakimlərin idarə edəcəyi qarşılaşma saat 18:30-da start götürəcək.

DÇ, elit mərhələ
A qrupu, 2-ci tur

20 sentyabr
Azərbaycan – Niderland
Hakimlər: Yianqos Yianqu, Nikolas Nikolau, Larisa Eleni Avramidu (Kipr).
Hakim-inspektor: Sebastian Stauiçki (Polşa).
UEFA nümayəndəsi: Avi Levi (İsrail).
Bakı İdman Sarayı. 18.30

Qeyd edək ki, Niderland yığması 1-ci turda öz meydanında Qazaxıstana 0:2 hesabı ilə məğlub olub.