“Bavariya”nın futbolçuları Nussir Mazraui ilə Kinqsli Koman zədələniblər.
“Football-plus.az” xəbər verir ki, Münhen klubunun mətbuat xidmətinin məlumatına görə, hər iki oyunçunun əzələsində problem aşkarlanıb. Mazrauinin ən azı 6 həftə, Komanın isə 3 həftə meydana çıxa bilməyəcəyi məlum olub. Bu isə o deməkdi ki, futbolçular üçün il erkən başa çatıb.