"Bavariya"da ciddi itki

9.09.2022 22:45 332
Dünya futbolu
"Bavariya"da ciddi itki baş verib.

Komandanın futbolçusu Kinqsli Koman məşqdə zədələnib. Fransalı yarımmüdafiəçinin sağ budunda əzələ gərginliyi aşkarlanıb. O, xəsarət səbəbindən 2-3 həftə meydana çıxa bilməyəcək.

Koman Çempionlar Liqasının qrup mərhələsinin "Barselona" ilə görüşündə oynaya bilməyəcək.