“Bavariya”da ciddi itki

18.01.2024 21:51 161
Dünya futbolu
Matteys de Liqt qeyri-müəyyən müddətə sıradan çıxıb.

"Football-plus.az" xəbər verir ki, o, “Bavariya”nın məşqində zədələnib. Münhen klubunun rəsmi saytının məlumatına görə, niderlandlı müdafiəçi Portuqaliyada keçirilən təlim-məşq toplanışında sıradan çıxıb. MRT müayinəsindən sonra onun sol dizində zədə aşkarlanıb. Matteysin aqibəti geniş müayinədən sonra bilinəcək.

De Liqt bu mövsüm bundesliqada 9 oyun keçirib və 1 qol vurub.