“Tərəflər arasında danışıq getmir” - Kadini Azərbaycana gətirən menecer danışdı

14.04.2024 14:40 934
Ölkə futbolu / Manşet
Son günlər ölkə mediasında Kadi Borgesin şərəfini qoruduğu Rusiya “Krasnodar”ından ayrılmaq, yenidən “Qarabağ”a dönmək istədiyi ilə bağlı xəbərlər yer almaqdadı.

Hətta futbolçu Ağdam təmsilçisinə qayıtmaq istəyini baş məşqçi Murad Musayevə çatdırıb və klublar danışıq aparıb. Sadəcə, maaşla bağlı razılığa gəlmək mümkün olmayıb.

Deyilənlər barədə ətraflı məlumat almaq üçün vingeri ölkəmizə gətirən menecer Tural Əsgərovla danışdıq. Onun “Football-plus.az”a söylədikləri:

“Yəqin ki, bilirsiz, Kadinin o vaxt “Qarabağ”a keçidi zamanı da mən vasitəçilik etmişəm. Deyə bilərəm ki, bu gün üçün Kadinin “Qarabağ”a dönüşü real görünmür. Ümumiyyətlə, tərəflər arasında danışıq getmir ve hec kim maaş məsələlərini müzakirə etmir”.

Xatırladaq ki, braziliyalı oyunçu “köhlən atlar”ın heyətində 41 oyuna çıxıb və 16 qol vurub.

KAMAL SƏFƏR