Murad Musayev gəldi, Kadi gedəcək? – meneceri açıqladı

22.03.2024 00:40 20 723
Dünya futbolu / Manşet
“Krasnodar”ın baş məşqçi postunda dəyişiklik baş verəndən, yəni Vladimir İviç Murad Musayevlə əvəzlənəndən sonra mövsümü ümumilikdə imkanlarından aşağı keçirən Kadi Borgesin taleyi də maraq doğurur.

Daha çox “Qarabağ”ın heyətində parlaq çıxışı ilə tanınan 27 yaşlı braziliyalı yarımmüdafiəçinin “Krasnodar”dan ayrılacağıyla bağlı söz-söhbət artıb. “Football-plus.az” xəbər verir ki, Kadinin agenti Xelsio Alisk də bu məqama münasibət bildirməli olub:

“Yox, İviç “Krasnodar”dan gedib deyə Kadi də getməyəcək”.

Xatırladaq ki, Kadi Borjes cari mövsümdə keçirdiyi 24 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

ORXAN