Olimpiya Təsnifat turniri: millimiz finalda

14.04.2024 12:40 162
İdman
Qadınlardan ibarət 3x3 basketbol millimiz Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, yığma yarımfinalda Macarıstan kollektivi ilə üz-üzə gəlib.

Rəqibini 21:19 hesabı ilə üstələyən komandamız finala yüksəlib.

Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.