Selcan Mahsudova Yay Olimpiya Oyunlarına lisenziya qazandı

25.03.2024 15:30 225
İdman
Batut gimnastikası üzrə millimizin üzvü Selcan Mahsudova Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

"Football-plus.az" xəbər verir ki, bu, Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə əldə etdiyi ilk lisenziyadı.

Beləliklə, gimnastika yığmamızın Paris-2024-ə qazandığı vəsiqələrin sayı ikiyə yüksəlib.

Xatırladaq ki, daha əvvəl bədii gimnast Zöhrə Ağamirova da olimpiya lisenziyasına sahib çıxıb.