• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Arsenal” zirvəyə qayıtdı, “Luton” elitada qalmaq uğrunda mübarizəni gərginləşdirdi - TURUN ŞƏRHİ

Dünya futbolu

11-04-2024, 18:0

Çempionluq uğrunda mübarizə aparan komandalardan “Arsenal”la “Mançester Siti” növbəti qələbəsini qazandısa, “Liverpul” turun mərkəzi oyununda – “Mançester Yunayted”lə qarşılaşmada xal itirməklə azarkeşlərini üzdü.

“Football-plus.az” xəbər verir ki, turnir cədvəlinin zirzəmisinə gəlincə, “Bornmut”u məğlub edən “Luton” elitada qalmaq uğrunda mübarizəni gərginləşdirdi. İndi bu komanda ilə “Nottingem Forest”in xalı eynidi, onlar arasında gedəcək mübarizəni izləməyə dəyər.


MS “Real”la ÇL-in ilk 1/4 final oyunu ərəfəsində çempionatda müsbət emosiyalarla yükləndi. 1-ci dövrədə“Arsenal” zirvəyə qayıtdı, “Luton” elitada qalmaq uğrunda mübarizəni gərginləşdirdi. “şəhərlilər”dən xal alan “Kristal Pelas” yenı bu niyyətini gizlətmirdi. Meydan sahibləri artıq 3-cü dəqiqədə hesabı açdı. Stounzun səhvindən sonra Mateta topu uzaq küncə göndərdi. Bu qol “Siti”ni ruhdan salmadı, təzyiqi artıran “şəhərlilər” cəmi 10 dəqiqə sonra De Bruynenin uzaq “9-luğ”a gözəl zərbəsi ilə hesabı bərabərləşdirdi. İlk yarıda hesab bir daha dəyişmədi, baxmayaraq ki, qonaqların müdafiədə ardıcıl səhvləri davam edirdi. Rodrinin iki kobud səhvindən sonra bir dəfə Orteqa, bir dəfə isə qapı çatı “Siti”nin köməyinə çatdı. Fasilədən sonra Qvardiolanın komandası oyunun axarına nəzarəti ələ aldı. Artıq 47-ci dəqiqədə Lüis qonaqları irəli çıxardı. 19 yaşlı yarımmüdafiəçi 1-ci dövrədə də “qartallar”ı məyus etmişdi. 2-ci hissənin ortalarında MS 4 dəqiqə ərzində daha iki qol vurdu. De Bruyne əvvəlcə mövsümdə 19-cu qolunu vuran Holanna assistentlik etdi, ardından özü də fərqləndi. Sonda “şəhərlilər” rəqibin hücuma çıxmasına imkan yaratdı və sonradan meydana çıxan Eduar komandasını darmadağından xilas etdi. MS inamlı qələbə sayəsində 2-ci yerə yüksəkdi...

...Amma bir neçə saatlığa. Ona görə ki, səfərdə “Brayton”u darmadağın edən “Arsenal” da hesabına 3 xal yazdı. “Brayton” ümumilikdə “topçular” üçün münasib rəqib sayılmasa da, cari mövsümdə onlara badalaq vura bilmədi. “Arsenal” bu oyunda erkən qola can atırdı. İlk 15 dəqiqədə dörd qol vəzyyəti yaradan qonaqlar birindən də yararlana bilmədi. Hər halda, yarım saatın tamamında onlar istədiyinə nail oldu. Jezusun qazandığı penaltini Saka qola çevirdi. “Brayton” ilk yarıda yalnız Enkisonun təhlükəli zərbəsi ilə yadda qaldı ki, onda da Rayya komandasını xilas etdi. 2-ci hissənin əvvəli qarşılıqlı hücumlar şəraitində keçdi, ancaq “Arsenal” daha təhlükəli görünürdü. 62-ci dəqiqədə qonaqların zərgər dəqiqliyi ilə qurduğu kombinasiyanı Haverts yaxın məsafədən zərbə ilə bitirdi. “Arsenal” bundan sonra topu rəqibə versə də, “qağayılar” mövqe hücumlarında heç nəyə nail ola bilmədi. Əvəzində “topçular” əks-hücum qurmaq üçün boş zonalar qazandı və sonda Trossar sabiq komandasını məyus etməklə fərqi darmadağın həddinə çatdırdı. Haqq etdiyi qələbəni qazanan “Arsenal” “Bavariya” ilə oyuna yaxşı əhval-ruhiyyədə hazırlaşacaq.

Bazar günü meydana çıxan “Liverpul” “topçular”ı zirvədən endirə bilmədi. “Qırmızılar”a “Mançester Yunayted” mane oldu. Ten Haqın komandası ilk yarını boşa verdi, qapıya bir zərbə də vurmadı. Rəqibi təzyiq altında qoyan, çoxlu qol vəziyyəti yaradan “Liverpul” bunların yalnız birindən yararlandı. 2-ci hissənin əvvəlində isə MY müdafiənin kobud səhvindən yararlanıb hesabı bərabərləşdirdi. Üstəlik meydan sahibləri 67-ci dəqiqədə irəli çıxdı. Çətin vəziyyətə düşən “Liverpul” təzyiqi bir qədər də artırdı. Nəhayət, 84-cü dəqiqədə Elliotta qarşı kobudluğa görə təyin olunan penaltini Salah qola çevirdi. “Liverpul”un bundan artığına nə gücü var idi, nə də vaxtı. Kloppun komandası ümumilikdə daha yaxşı təsir bağışlasa da, “Yunayted” nadir şanslardan yararlana bildi.

“Aston Villa” bir gün əvvəl “Brentford”la oyunda xal itirdiyindən bazar günü meydana çıxan “Tottenhem”in qələbədən başqa hədəfi yox idi. “Mahmızlar” xal hesabına birmingemlilərə çatdı, əlavə göstəricilərə görə də onlardan önə keçdi. “Nottingem Forest”lə oyun “Tottenhem” üçün yetərincə asan oldu. Meydan sahibləri dərhal təşəbbüsü ələ keçirərək erkən qol vurdu. Düzdü, rəqibə də hesabı bərabərləşdirmək imkanı yaratdılar. Ancaq 2-ci hissənin əvvəlində “Tottenhem” qısa fasilə ilə daha iki qol vurdu. Oyunun sonuna hələ çox qalsa da, “meşəçilər” çox tez “ağ bayraq qaldırdı”.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandadan aşkar autsayderlə oyunda, təbii ki, hər kəs qələbə gözləyir. Söhbət “Çelsi” ilə “Şeffild Yunayted”dən gedir. Ancaq “zadəganlar” cari mövsümdə artıq publikanı qeyri-sabitliyə öyrəşdirib, odu ki, şeffildlilərlə səfər heç-heçəsini böyük sürpriz saymaq çətindi. Oyun favorit üçün yaxşı başladı – artıq 11-ci dəqiqədə Silva Qallaherin kornerdən asmasını tamamladı. Hələ bir müddət də oyunun axarına nəzarət edən “Çelsi” ardından təşəbbüsü əldən verdi. Nəticədə 32-ci dəqiqədə Boql hesabı bərabərləşdirdi. Meydan sahibləri 2-ci hissəyə daha yaxşı başladı, bir neçə dəfə qola yaxın oldu. Ancaq tədricən oyunu öz qapısından uzaqlaşdıran londonlular hissəsin ortalarında irəli çıxdı. Maduekenin o qədər də çətin olmayan zərbəsi zamanı qapıçı kobud səhvə yol verdi. “Çelsi” uzatma dəqiqələrində qələbəni əldən verdi. Makberninin yaxın məsafədən zərbəsi qonaqları şoka saldı. Elitadan gedəcəyi şübhə doğurmayan “Şeffild Yunayted” londonluların turnir planlarını əməllicə pozdu.
Turun qalan oyunlarına gəlincə, son 5 turda yalnız bir qələbəsi olan “Aston Villa” “ÇL zonası”ndakı yerini “Tottenhem”ə təhvil verdi. “Vest Hem” “Vulverhempton”u, “Luton” “Bornmut”u 2:1 hesabıyla məğlub etdi. “Fulhem” – “Nyukasl”, “Everton” – “Bernli” oyunlarında bir ol vuruldu.

32-cu tur
Kristal Pelas – Mançester Siti 2:4
Mateta, 3. Eduar, 86 – De Bruyne, 13; 70. Lüis, 47. Holann, 66. (25132)
MS: Orteqa, Qvardiol (Akanci, 46), Diaş, Stounz, Lüis, Rodri (Kovaçiç, 74), Qriliş, Alvares (Nunyeş, 74), De Bruyne (B.Silva, 90+2), Bobb, Holann.
Brayton – Arsenal 0:3
Saka, 33-p. Haverts, 62. Trossar, 86. (31677)
Arsenal: Rayya, Zinçenko (Tomiyasu, 72), Qabriel, Saliba, Uayt, Edeqor (Vieyra, 89), Jorjinyo, Rays, Jezus (Trossar, 64), Haverts (Nketia, 89), Saka (Martinelli, 64).
Mançester Yunayted – Liverpul 2:2
Fernandeş, 50. Maynu, 67 – Dias, 23. Salah, 84-p.
MY: Onana, Van-Bissaka, Maquayr, Kambvala, Dalot, Qarnaço (Amrabat, 80), Kazemiro, Fernandeş, Maynu (Maunt, 85), Reşford (Antoni, 66), Heylunn.
Liverpul: Kelleher, Bredli (Qomes, 66), Kuansa, Van Diyk, Robertson, Makallister, Endo (Elliott, 69), Soboslai (Cons, 66), Salah, Nunyes (Qakpo, 68), Dias.
Tottenhem – Nottingem Forest 3:1
Murilyo, 15-öz qapısına. Van de Ven, 53. Porro, 58 – Vud, 27.
Tottenhem: Vikario, Porro, Romero, Van de Ven, Udoci, Bissuma (Heybyerq, 46), Sarr (Bentankur, 46), Conson (Skarlett, 89), Meddison (Kulusevski, 76), Verner (Lo Çelso 76), Son Hın Min.
Şeffild Yunayted – Çelsi 2:2
Boql, 32. Makberni, 90+3 – Silva, 11. Madueke, 66. (28368)
Çelsi: Petroviç, Disasi, Çaloba, Silva, Kukurelya (Badyaşil, 90+3), Kaysedo, Fernandes, Palmer (Çukvuemeka, 74), Qallaher, Madueke (Mudrik, 82), Cekson (Kazadei, 90+3).
Aston Villa – Brentford 3:3
Uotkins, 39; 81. Rocers, 46 – Zanka, 59. Mbemo, 61. Vissa, 68.
Vulverhempton – Vest Hem 1:2
Sarabiya, 33-p. – Paketa, 73-p. Uord-Prouz, 85. (31504)
Luton – Bornmut 2:1
Klark, 73. Morris, 90 – Tavernye, 52. (11797)
Fulhem – Nyukasl 0:1
Gimarayns, 81. (24418)
Everton – Bernli 1:0
Kalvert-Lüin, 45+2. (39125)
1. Arsenal 31 22 5 4 75-24 71
2. Liverpul 31 22 8 2 72-30 71
3. Mançester S. 31 21 7 3 71-31 70
4. Tottenhem 31 18 6 7 65-45 60
5. Aston Villa 32 18 6 8 66-49 60
6. Mançester Y. 31 15 4 12 45-46 49
7. Vest Hem 32 13 9 10 52-56 48
8. Nyukasl 31 14 5 12 65-52 47
9. Çelsi 30 12 8 10 55-52 44
10. Brayton 31 11 10 10 51-49 43
11. Vulverhempton 31 12 6 13 44-49 42
12. Bornmut 31 11 8 12 45-55 41
13. Fulhem 32 11 6 15 47-51 39
14. Kristal Pelas 31 7 9 15 36-54 30
15. Brentford 32 7 8 17 45-58 29
16. Everton (-8) 31 9 8 14 32-42 27
17. Nottingem F. (-4) 32 7 8 17 40-56 25
18. Luton 32 6 7 19 45-65 25
19. Bernli 32 4 7 21 32-67 19
20. Şeffild Y. 31 3 7 21 30-82 16
Bombardirlər: Holann (MS) - 19, Uotkins (Aston Villa) - 18, Salah (Liverpul) - 17, Solanke (Bornmut), Palmer (Çelsi) – 16.
Növbəti turun oyunları aprelin 13-15-i aralığında keçiriləcək: Nyukasl – Tottenhem, Bernli – Brayton, Brentford – Şeffild Yunayted, Mançester Siti – Luton, Nottingem Forest – Vulverhempton, Bornmut – Mançester Yunayted, Vest Hem – Fulhem, Liverpul – Kristal Pelas, Arsenal – Aston Villa, Çelsi – Everton.

Turun rəqəmi
100 – De Bruyne MS-nin heyətində keçirdiyi 372-ci oyunda qol sayını bu həddə çatırdı. 32 yaşlı belçikalının hesabında 167 məhsuldar ötürmə də var. Kevin klub tarixinin bombardirləri siyahısında 3-cü yerdədi. O, yalnız Sterlinqlə (131) Aquerodan (260) geri qalır.

Turun ulduzu
Kevin de Bruyne (MS) – “Kristal Pelas” üzərindəki qələbəyə böyük töhfə verdi. İlk yarıda “9-luğ”a gözəl zərbə ilə hesabı bərabərləşdirən belçikalı 2-ci hissədə daha iki məhsuldar hərəkətlə yadda qaldı.

Turun sitatı
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Brayton” avqustdan bəri evdə uduzmurdu. Bu komandaya qarşı oynamaq çətindi. Ancaq komandam yetkin və ağıllı oynadı, oynamalı olduğu oyunu göstərdi. Səfərdə son beş oyunda qol buraxmamığımız möhtəşəmdi, bu ruhda da davam etmək lazımdı”.


Faktlar
* “Arsenal” bu il keçirdiyi premyer-liqa oyunlarının heç birində hesabda geri düşməyib. Londonlular bu il çempionatda 11 oyun keçirib. Buna qədər ən yaxşı seriya 2005-ci ilin fevral-may aralığına təsadüf etmişdi. Onda “topçular” ardıcıl 12 oyunda hesabda geri düşməmişdi.
* MY-nin qapıçısı Onana cari mövsümdə 120 zərbəni qaytarmaqla bu göstəricidə liderdi. 2-ci yerdə “Luton”dan Kaminski (119 seyv), 3-cü yerdə “Vest Hem”dən Areolya (113), 4-cü yerdə isə “Fulhem”dən Leno (112) qərarlaşıb.
* Sonuncu dəfə 2013-də çempion olan MY bu mövsüm də qalib ola bilməyəcək. Mankunianlar “Liverpul”la heç-heçədən sonra nəzəri şansını da itirdi. 31 oyundan sonra 49 xala malik olan MY sona 7 tur qalmış artıq “Arsenal”la “Liverpul”dan 22 xal geridədi.
* “Liverpul” iki çempionat oyununda MY-nin qapısına 62 zərbə vurub – 34-nü “Enfild”də, 28-ni “Old Trafford”da. “Opta”nın müvafiq statistikanı apardığı 2003-cü ildən bəri heç bir komanda bir mövsüm ərzində rəqib qapısına bu qədər çox zərbə vurmayıb.
* MS məğlubiyyəsiz oyunlar seriyasını 25-ə çatdırdı – 21 qələbə, 4 heç-heçə. Qvardiolanın komandası sonuncu dəfə ötən il dekabrın 6-da “Aston Villa”ya uduzub (0:1).

Reaksiyalar
Xosep Qvardiola, MS-nin baş məşqçisi:
“İlk yarıda səhvlərə yol versək də, geridönüş etdik. De Bruyne ötürmələri, qolları ilə bu oyunu qazandı. Kevinin məhsuldar ötürmələrdən daha çox qol vurmağı sevdiyini bilmirdim. Şübhəsiz, o, bizim üçün çox qələbə qazanıb”.


Yürgen Klopp, “Liverpul”un baş məşqçisi:
“Bu oyunda qalib gəlməliydik. Özümüzə bir neçə problem yaratdıq. Oyuna nəzarət edirdik, hesabı açdıq, yenə qol vurmalıydıq. Bu bir xal “Mançester Yunayted”in işinə yaradı. Adamların bu fikri necə qəbul edəcəyini bilmirəm – ancaq “Liverpul” iki xal itirdi”.


Erik ten Haq, MY-nin baş məşqçisi: “Qarışıq emosiyalar yaşayıram. Bir tərəfdən, çox məyusam. Çox kobud səhv üzündən qələbəni əldən verdik. Həftə ərzində 7 xal itirdik, halbuki 9 xal toplamalıydıq. Digər tərəfdən, komandamla qürur duyuram. Gənc komandayıq. Belə oyun, belə səviyyə onu göstərir ki, MY-ni parlaq gələcək gözləyir”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-03-2024, 18:0

“Tottenhem” darmadağın oldu – TURUN ŞƏRHİ

Dünya futbolu

7-12-2023, 19:0

“Arsenal”: ardıcıl 6-cı qələbə, özü də 90+7-ci dəqiqədəki qolla!

Dünya futbolu

22-01-2024, 23:0

“Tottenhem”lə MS-dən biri 1/16 finalda dayanacaq

Dünya futbolu

2-02-2024, 23:0

“Arsenal” “meşəçilər”in öhdəsindən gəldi

Dünya futbolu

8-11-2023, 14:0

“Siti”dən darmadağın, “Yunayted”dən çətin qələbə - TURUN ŞƏRHİ

Dünya futbolu

16-06-2022, 14:0

Premyer-liqanın təqvimi müəyyənləşdi

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
  • Dünən, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Dünən, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Dünən, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Dünən, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 252
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 244
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə