Ansu Fati klubunu birdəfəlik dəyişə bilər.
“Barselona” onunla bu yay vidalaşmağa hazırlaşır. İspaniya mənbələrinə görə, rəhbərlik hücumçunu 40 milyon avroya satışa çıxaracaq. Gənc futbolçu hazırda icarə əsasında “Brayton”da çıxış edir. Yeri gəlmişkən, İngiltərə klubu da onun xidmətinə növbəti mövsümdən ehtiyac duymayacaq. Səbəb Fatinin ümidləri doğrultmaması ilə bağlıdı.
O, premyer-liqada meydana çıxdığı 16 oyunda 2 qol vurub.