“Barselona”nın gənc futbolçusu Ansu Fati növbəti dəfə zədələnib.
İspaniya klubunun saytının məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi komandanın məşqində dizindən zədə alıb. Hələ ki onun yaşıl meydana nə vaxt qayıdacağı məlum deyil.
Fati azı La Liqanın “Almeriya” ilə növbəti oyununu buraxacaq.
Yeri gəmişkən, Fati bu mövsüm La Liqada meydana çıxdığı 21 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə verib.