Klubu Felişin qiymətini müəyyən etdi

27.03.2024 19:20 167
Dünya futbolu
Joao Felişin yayda “Atletiko”ya qayıtmaq şansı azdı.

"Football-plus.az" xəbər verir ki, paytaxt klubu onunla birdəfəlik vidalaşmağa hazırlaşır. Artıq portuqaliyalı futbolçunun qiyməti də müəyyən edilib. “Atletiko” rəhbərliyi onun satışından 80 milyon avro qazanmaq niyyətindədi.

Feliş hazırda icarə əsasında “Barselona”da çıxış edir. O, bu mövsüm La Liqada 22 oyuna 6 qol vurub.