Usik Taysonla döyüşdən danışdı

10.04.2024 21:40 157
İdman
WBA, IBF və WBO versiyaları üzrə superağır çəkinin çempionu Aleksandr Usik (21-0) indi WBC versiyası üzrə çempion Tayson Füri (34-0) ilə döyüşə maksimal dərəcədə köklənib:

“Yox, mən döyüşün baş tuta bilməyəcəyi haqda düşünmürəm. Hesab edirəm ki, döyüş olacaq. Məşqlərə, ailəmə, komandama köklənmişəm. Sosial şəbəkələrdən yararlanmıram, kitablar oxuyur, ailəmlə ünsiyyət qururam. Bütün diqqətim ancaq öz düşərgəmə yönəlib. Nə xəbər oxuyuram, nə də dünya xəbərlərinə baxıram. Yalnız mayın 18-nə köklənmişəm. Tayson bu döyüşə Nqannuya qarşı olan döyüş kimi yanaşmayacaq. Həmin vaxt düşünürdü ki, UFC-dən olan bir oğlanla döyüşür, asan qələbə qazanacaq. Bizim döyüşümüzdə hər şey fərqli olacaq”.


"Football-plus.az" xəbər verir ki, Füri ilə Usik arasında fevralın 17-də keçirilməli olan döyüş britaniyalının sınaq görüşündə zədələnməsi üzündən mayın 18-nə təxirə salınıb. İki ünlü döyüşçü həmin gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda üz-üzə gələcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul