“Mən üstünlüyü Tayson Füriyə verirəm İlk növbədə onun döyüş üslubuna görə. Ancaq bədən qabariti də amildi, bu mənada döyüşçülər arasında böyük fərq olacaq... Füri hərəkətsiz hədəf osaydı, mən üstünlüyü Usikə verərdim, ukraynalı möhtəşəm döyüşçüdü. Ancaq Tayson Füri bədəninə çox yaxşı sahibdi, daim hərəkət edir, rəqibi döyür, geri çəkilir, böyük adam üçün önəmli olan bir çox keyfiyyətə malikdi. Qabaritin əhəmiyyəti var. Nə qədər dahi boksçu olmağın önəmli deyil, bədən qabariti yenə də önə çıxacaq”.
Xatırladaq ki, Für ilə Usik fevralın 17-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda döyüşəcək.






