“Bu döyüşlə bağlı proqnoz verməkdə çətinlik çəkirəm. Qalibi seçmək çox çətindi. Hər birinin xeyrinə olan dəlillər tapmaq mümkündü. Bunlar 50-nin 50-yə nisbətindədi. Daha çox istəyən, məşqlərdə yorulmadan çalışan qalib gələcək”.
“Football-plus.az” xəbər verir ki, Füri ilə Usik fevralın 17-də qarşılaşmalıydı. Ancaq britaniyalı sınaq döyüşündə zədələndi, sağ gözünün üstü partladı. Bu üzdən döyüşün yeni tarixi kimi mayın 18-i müəyyənləşdirilib. Hər iki döyüşçü həmin gün üz-üzə gəlməyə razılıq verib. Döyüş əvvəlcədən nəzərdə tutulduğu kimi, Səudiyyə Ərəbistanının paytaxı Ər-Riyadda keçiriləcək.






