Xatırladaq ki, bu kəmərin sahibi WBC versiyası üzrə superağır çəkinin çempionu Tayson Füri (34-0) ilə WBA, IBF və WBO versiyaları üzrə çempion Aleksandr Usik (21-0) arasındakı döyüşdən sonra bəlli olacaq. Fevralın 17-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməli olan döyüş sınaq döyüşündə britaniyalı idmançının qaşının partlaması nəticəsində mayın 18-nə təxirə salınıb.
Usik təxirəsalma ilə bağlı açıqlama verib:
“Heç kimi mühakimə etmirəm, ümumiyyətlə, heç kimi. Bu boksdu, belə şeylər olur. Buna ciddi yanaşmaq lazımdı. Çox şeyi ortaya qoymuşam. Heç bir bayramı qeyd etməmişəm: nə Yeni ili, nə öz doğum günümü, nə uşaqların doğum gününü. Daim məşq etmişəm. Hətta xanımım dünyaya uşaq gətirəndə də yanında deyildim”.






