Frenk Lempardtezliklə işsizliyə son qoya bilər.
İngiltərəli mütəxəssis Kanadaya yollanmaq imkanına malikdi. Onun bu ölkənin milli komandasını çalışdırmaq şansı var. Yerli federasiyanın rəhbərliyi baş məşqçi vəzifəsində məhz onu görmək istəyir. Kanada yığmasına hazırda müvəqqəti olaraq Mauro Byello başçılıq edir.
Lempardın sonuncu iş yeri “Çelsi” olub. O, 2022/23 mövsümündə Qrehem Potter istefaya göndəriləndən sonra baş məşqçinin səlahiyyətlərini yerinə yetirib.