Lempard onu heyətə qaytaracaq?

8.04.2023 18:25 284
Dünya futbolu
Pyer-Emerik Obameyanq “Çelsi”nin heyətinə qayıda bilər.

"Football-plus.az" xəbər verir ki, bir neçə gün əvvəl komandaya müvəqqəti baş məşqçi təyin olunan Frenk Lempard onun xidmətindən yararlanmağı düşünür.

Qabonlu hücumçu istefaya göndərilən Qrehem Potter ilə münasibətləri korlandığı üçün uzun müddətdi oyunlarda iştirak etmir.

Obameyanq bu mövsüm İngiltərə çempionatında 12 oyuna 1 qol vurub.