Qrehem Potter karyerasını İngiltərə premyer-liqasında davam etdirə bilər.
"Football-plus.az" xəbər verir ki, son mövsümün gedişində “Çelsi”dən istefaya göndərilən mütəxəssisin “Kristal Pelas”ı çalışdırmaq imkanı var. Yerli mənbələr onun bu komandada Roy Hocsonu əvəzləmək şansının olduğunu xəbər verir. Hocsonun Londn klubu ilə müqaviləsinin müddəti iyunun 30-da sona çatacaq. Rəhbərliyin ona yeni təklif irəli sürmədiyi bildirilir.