Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Gent” oyununa bilet satışı davam edir. Artıq 21 min bilet sahibini tapıb. Ağdam klubunun mətbuat xidməti bu haqda bazar günü məlumat yayıb.
Xəbərdə bildirilir ki, satışda bütün kateqoriyalara biletlər qalıb. Biletləri “iticket.az” və kassalardan almaq mümkündü. Qiymət isə uyğun olaraq 5, 30, 40, 75 və 100 manatdı. Redaksiyamıza daxil olan məlumata görə, dünən gün ərzində daha 6-7 min bilet satılıb.
Yeri gəlmişkən, Almaniyanın "Bayer-04" klubunda çıxış edən rusiyalı qapıçı Andrey Lunyov "Qarabağ"a bu ilin yayında keçə bilər. Bu barədə 31 yaşlı qolkiperin agenti Anton Smirnov "RB Sport"a açıqlama verib:
"BASE agentliyi ilə əməkdaşlıq müqaviləsi bağladıq. Böyük Britaniyadan təkliflər gözləyirik. Türkiyə variantı qalır. Eyni zamanda, "Qarabağ"ı da istisna etmirəm".
Qeyd edək ki, Lunyovun "Qarabağ"a keçidi zədə səbəbindən baş tutmayıb.
İLKİN SULTANLI