Andrey Lunyov ölkəsinin “sport24” saytına müsahibə verib.
“Football-plus.az” xəbər verir ki, o, həmkarımızın “Nyukasl”ın sənlə maraqlandığını dedin. Nə yaxşıdı: İngiltərədə ehtiyat, yoxsa “Qarabağ”da əsas qapıçı olmaq” sualını da cavablayıb:
“Azərbaycanda və avrokuboklarda oynayırsansa, əlbəttə, “Qarabağ” yaxşıdı, nəinki “Nyukasl”da 3-cü və ya 4-cü qapıçı kimi oturmaq. Demək olar ki, 33 yaşım var, bu üzdən futbol oynamaq istəyirəm. Bəlkə də 36 yaşımda İngiltərəyə boylanmaq istəyəm. Onda ehtiyatda da oturmaq olar”.