 
Lorentso İnsinye uzun müddətə sıradan çıxıb.
“Football-plus.az” xəbər verir ki, o, “Toronto”nun MLS-də “Atlanta” ilə keçirdiyi oyunda (2:0) ağır zədələnib. 32 yaşlı hücumçuya dizaltı vətərin qırılması diaqnozu qoyulub. İtaliya yığması ilə Avropa çempionatının qalibi olan Lorenso təxminən 6 həftə oynaya bilməyəcək.
İnsinye bu mövsüm “Toronto”da keçirdiyi 5 oyunda 2 qol vurub.