İnsinye və Krişito ilə birlikdə oynayacaq

16.07.2022 18:10 413
Dünya futbolu
“Yuventus”u azad agent kimi tərk edən Federiko Bernardeski İtaliyadan da ayrılıb.

"Football-plus.az" İtaliya millisinin oyunçusu karyerasını “Toronto”da davam etdirəcək. Kanada klubunun məlumatımda 28 yaşlı italyan yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalandığı bildirilib. Bernardeski “Yuventus”da 2017-ci ildən çıxış edirdi. O, ötən mövsüm A seriyasında 28 oyuna 1 qol vurub.

Qeyd edək ki, Federiko yeni komandasında darıxmayacaq. “Toronto” ondan əvvəl Domeniko Krişito və Lorentso İnsinye kimi məşhur həmyerlilərini sıralarına qatıb.