Nik Poupun durumu ilə bağlı xəbər yayılıb.
"Football-plus.az" xəbər verir ki, o, uzun müddətə sıradan çıxıb. “Nyukasl”ın qapıçısı premyer-liqanın “Mançester Yunayted” ilə oyununda (1:0) zədə almışdı. Müayinə nəticəsində futbolçunun azı 5 ay oynaya bilməyəcəyi məlum olub.
Nik bu mövsüm premyer-liqada 14 oyunda qapını qoruyub və bir o qədər top buraxıb.
Yeri gəlmişən, rəhbərlik komandanın əsas qapıçısını David De Xea ilə “sığortalamağı” düşünür. Hazırda azad agent olan De Xea ilə danışıqların tezliklə başlaması gözlənilir.
Uzun müddətə sıradan çıxdı
Dünya futbolu





