Uzun müddətə sıradan çıxdı

28.10.2023 18:33 180
Dünya futbolu
Qabriel Jezusun son durumuna aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, “Arsenal”ın hücumçusu Çempionlar Liqasının qrup mərhələsinin “Sevilya” ilə oyununda zədələnmişdi. Əzələ zədəsi alan braziliyalı futbolçunun bir neçə həftə oynaya bilməyəcəyi məlum olub.

Qeyd edək ki, Qabriel səfər matçında komandasının 2:1 hesablı qələbəsində bir qol vurmaqla rol oynamışdı.