Cari mövsüm artıq Matias Ginter üçün erkən başa çatıb.
“Football-plus.az” xəbər verir ki, bunu jurnalistlərə “Frayburq”un baş məşqçisi Kristian Ştrayx açıqlayıb. O, 30 yaşlı müdafiəçinin daban vətərində problemlər olduğunu və əməliyyat ediləcəyini bildirib. Ginter bu yay ölkə Almaniyada keçiriləcək Avropa çempionatını da buraxmalı olacaq.
Matias “Frayburq”da bu mövsüm ümumilikdə 34 oyun keçirib və iki məhsuldar ötürmə edib.