"Elə reallıqlar var ki, heç özüm də barışa bilmirəm..." - Azər Bağırov istefasının səbəbini niyə belə izah etdi?

7.04.2024 12:05 820
Ölkə futbolu / Manşet
Azər Bağırov dünən "Araz-Naxçıvan"ın baş məşqçi postundan istefa verdi.

Bilindiyi kimi, təcrübəli mütəxəssis 2022/23 mövsümündən etibarən Muxtar Respublika təmsilçisini çalışdırırdı. Həmin "futbol ili"ndə komandanı 1-ci divizionda çempion edən məşqçi premyer-liqaya qədəm qoymuşdu.

"Qırmızı-ağlar"ın son 18 turda cəmi iki qələbə qazandığından xəbərdarıq. Görəsən, məşqçinin istefa verməsinin səbəbi məhz nəticələrdi? Yoxsa başqa məqamlardan da bəhs etmək mümkündü?

Qərarı şərtləndirən amillər və bundan sonrakı planlar haqda ətraflı məlumat almaq üçün mütəxəssisin özüylə danışdıq. Azər Bağırovun "Football-plus.az"a dedikləri:

"Məşqçinin çantası həmişə hazır olmalıdı. Bu iş belədi. İstefamın yeganə səbəbi uğursuz nəticələr deyil. Yenə də məyus olmağa dəyməz. Qarşıya baxmaq lazımdı. Hər işdə xeyir var. Bu da mənim üçün təcrübədi. Amma elə reallıqlar var ki, heç özüm də barışa bilmirəm..."

KƏNAN BAHADIR